Leyla Əliyevadan çağırış
Tarix: 18.04.2016 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hamını mayın 1-də Fondun təşəbbüsü ilə keçiriləcək Bakı Marafonu 2016-ya qoşulmağa çağırıb. Leyla Əliyeva "İnstaqram" sosial şəbəkəsindəki səhifəsində yazıb: "Hamını Bakı Marafonu 2016-ya qoşulmağa çağırıram!". Bakı Marafonu 2016-da iştirak etmək üçün artıq yüzlərlə şəxs qeydiyyatdan keçib.
Xatırladaq ki, marafona 16 yaşdan yuxarı hər kəs - şəhər sakinləri, qonaqlar əvvəlcədən qeydiyyatdan keçərək qoşula bilər. Qeydiyyat üçün paytaxtdakı "28 Mall", "Port Baku Mall" ticarət mərkəzlərində quraşdırılmış qeydiyyat məntəqələrinə müraciət etmək olar.
İştirakçı olmaq istəyənlər qeydiyyat formasını doldurmalı, şəxsiyyət vəsiqəsinin surətini təqdim etməli və iştirak üçün müəyyən olunan vəsaiti ödəməlidirlər.
Bundan başqa, Bakı Marafonu 2016-nın saytında (www.bakumarathon.az) onlayn olaraq da qeydiyyatdan keçmək mümkündür.
Fiziki şəxslər 20 AZN, korporativ şirkət adından iştirak edənlər isə 100 AZN ödəməlidirlər.
Qeyd edək ki, tələbələrin iştirakı ilə bağlı vəsait Heydər Əliyev Fondu tərəfindən qarşılandığından onlar qeydiyyat zamanı ödəmə etmirlər. Bunun üçün ticarət mərkəzlərindəki qeydiyyat məntəqələrinə yaxınlaşmaq, qeydiyyat zamanı şəxsiyyət vəsiqəsi ilə yanaşı, tələbə biletinin surətini də təqdim etmək lazımdır.
Qeydiyyat aprelin 25-dək davam edəcək.
Dövlət Bayrağı Meydanından start götürəcək yarım marafon 21 kilometr olacaq və Bakı Olimpiya Stadionunda başa çatacaq. Yarışın fan zonası da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Burada iştirakçıları müxtəlif əyləncə, konsert və digər şənliklər, oyunlar, lotereyalar və s. gözləyir.
Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.
Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
“Rossiyskaya qazeta” rusiyalı turistləri Azərbaycana dəvət edir
26.06.2019
“Danışır Xocalı” sənədli filminə ictimai baxış keçirilib
25.06.2019
“Narkomaniyaya qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
25.06.2019
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25.06.2019
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info