İrandan ölkəmizə yüksəkkeyfiyyətli barama toxumları gətirilib
Tarix: 19.04.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Barama qurdları aprelin 26-dan etibarən rayonlar üzrə ödənişsiz olaraq paylanacaq
Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin dirçəldilməsi dövlət başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Prezidentin tapşırığına uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən mövcud vəziyyət nəzərə alınmaqla, ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, barama toxumunun alınması məqsədilə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov İran İslam Respublikasının Rəşt şəhərində yerləşən barama toxumu istehsalı müəssisəsində olub, toxumun alınması və respublikaya gətirilməsi ilə bağlı müzakirələr aparıb. Eyni zamanda, İranın Gilan əyalətinin valisi doktor Nəcəfi ilə görüş keçirilib. İran İslam Respublikasından tədarük edilmiş yüksək keyfiyyətli barama toxumları ölkəmizə gətirilərək Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub. Stansiyada toxumların inkubasiyası nəticəsində əldə olunacaq barama qurdlarının aprelin 26-da rayonlar üzrə müəyyənləşdirilmiş bölgü əsasında bəslənilməsi üçün kümçülərə ödənişsiz olaraq paylanılması planlaşdırılır.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info