“Epress”: “Ermənistanla Gürcüstanın əsas problemi işsizlik və yoxsulluqdur”
Tarix: 19.04.2016 | Saat: 00:09:00 | E-mail | Çapa göndər


İrəvan sakini: “Bu ölkədən yaxşı bir şey gözləməyə dəyməz. Hər yerdə quldurluq və korrupsiya hökm sürür”

Ermənistanda öz ölkələrinin demokratiyadan çox uzaq olduğunu hesab edənlərin sayı artmaqdadır. Artıq ölkə əhalisinin 32 faizi Ermənistanı demokratik ölkə kimi görmür. Qeyd edək ki, Ermənistanla yanaşı, Gürcüstan sakinləri də bu fikirdə həmrəydirlər: hər iki dövlətin başlıca problemi işsizlik və yoxsulluqdur.
Qafqaz Tədqiqat Resurs Mərkəzi “Qafqaz barometri- 2015” hesabatını nəşr edib. İrəvanda dərc edilən bu nəşr yerli sakinlər arsında sorğu keçirib. İki dövlətin 4200 -dən artıq sakini arasında keçirilən sorğuda sosial suallarla yanaşı, iqtisadi, demoqrafik və siyasi vəziyyətlə bağlı suallar da yer alıb. Soğunun yekun nəticəsinə görə, hər iki dövlətdə əhalini ən çox narahat edən məsələ işsizlik və əhalinin yoxsul səviyyədə yaşamasıdır. Qeyd edək ki, daha çox yoxsulluğa yol açan işsizliyi Ermənistan əhalisinin 40 faizi, Gürcüstan əhalisininsə 51 faizi problem kimi əsas gətiriblər.

“Xalqdan quldurluq yolu ilə alınan pullar “ordunu silahlandırmaq” adı ilə qarət olunur”

O da qeyd edilməlidir ki, 2013-cü il göstəricilərindən bəri ilk dəfə olaraq Ermənistan əhalisinin 32 faizi, gürcülərin isə 17 faizi öz ölkələrini demokratik ölkə kimi görmür. Gürcüstandan fərqli olaraq, Ermənistan əhalisinin böyük hissəsi Avrasiya İqtisadi Birliyinə tərəfdaş kimi, həmrəylik nümayiş etdirib. Bu göstərici gürcü əhalisi arsında 21 faiz kimi göstərilsə də, ermənilərin daha çox hissəsi -52 faizi Avrasiya İqtisadi Birliyinə dəstək nümayiş etdirib. Xatırladaq ki, sorğu ərəfəsində Ermənistanın “Birinci informasiya” saytının əməkdaşı İrəvanda keçirilən sorğunun iştirakçısı olub. Sayt əməkdaşının etirafına görə, erməni əhalisinin ən çox səsləndirdiyi fikir belə olub: “Bu ölkədən yaxşı bir şey gözləməyə dəyməz. Hər yerdə quldurluq və korrupsiya hökm sürür”. “Bu gün Ermənistanın dövlət müəssisələrində işləyənlərin əksəriyyəti öz işinin öhdəsindən gəlməyənlərdir. Məhz bunun nəticəsidir ki, hazırda Ermənistan dünyanın ən ac-yalavac ölkələrindən birinə çevrilib”-deyə İrəvan sakinlərindən biri “Birinci informasiya” saytına bildirib. Başqa bir İrəvan sakininin sözlərinə görə, hazırda ölkədə heç bir qanun işləmir. Onun sözlərinə görə, ölkənin bütün sahələrində, istər səhiyyədə, istərsə də polisdə daha çox dostluq münasibətləri mövcuddur: “Hazırda məni öz evimdən məhrum ediblər. Lakin yerli məmurlar özlərinə dəbdəbəli saraylar ucaldırlar. Ən acınacaqlısı isə budur ki, xaldan quldurluq yolu ilə alınan pullar “ordunu silahlandırmaq” adı ilə qarət olunur”.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Aşot Qriqoryan: “Bu gün Ermənistanın yürütdüyü siyasət acınacaqlı vəziyyətdədir”
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info