Vatikandakı müsəlman mühacirlər
Tarix: 19.04.2016 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Roma Papası Fransisk keçən şənbə ziyarət etdiyi Yunanıstanın Midilli adasındakı mühacir düşərgəsindən 3 ailədən ibarət 12 suriyalı mühaciri İtaliyaya aparıb. İtaliya mediası xəbər verir ki, ikisi Şamdan, biri Deir Ez-Zordan qaçan bu 3 ailə, artıq Romadakı Katolik Sant`Egidio camaatına aid bir mərkəzə yerləşdirilib.
Suriyalı mühacirlər Romadakı ilk günlərindən italyanca dil kursuna başlayıblar. Əri Həsən və 2 yaşındakı oğlu Riad ilə Şamdan gələn 31 yaşındakı mikrobioloq Nur Zahidə Romadakı ilk anlarını bölüşüb: “İsti suya qovuşduq, lazanya yedik. Oğlum Riad bu yeməyi çox sevdi. Bu gecə dinc yatdıq”. Deir Ez-Zordan qaçan 51 yaşındakı Ramı da, Suriyada olarkən özünün müəllim, arvadı Suhilanın isə dərzi olaraq çalışdığını deyib: “İŞİD”in hər yeri məhv etməsinə görə 3 uşağımla birlikdə qaçmaq məcburiyyətində qaldıq. “İŞİD” üzvləri gerçək müsəlman deyil, yalnız günahkarlardır". Ramı, əslində Almaniyaya getmək istədiklərini, ancaq bu an İtaliyada olmaqdan xoşbəxt olduqlarını bildirib. Həyat yoldaşı Vəfa, 6 və 8 yaşlarındakı iki uşağı ilə birlikdə Şamdan qaçan Usamə isə bunları deyib: "Bizim bütün xatirələrimiz bombalanan evimizin dağıntısında qaldı. İndi bizi, xüsusilə də uşaqlarımızı necə bir gələcək gözlədiyini bilmirik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Hillari Klinton 2020-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürə bilər
12.11.2018
Misirdə sosial şəbəkələrdə yanlış informasiya yayanlar cəzalanacaq
11.11.2018
Türkiyə HHQ İraqın şimalında 14 terrorçunu məhv edib
11.11.2018
İranın xarici işlər nazirinin maraqlı “tviti”
10.11.2018
Angela Merkel antisemitizmin artmasına görə narahatdır

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info