Millət vəkilimiz erməni deputatı fakt qarşısında qoydu
Tarix: 19.04.2016 | Saat: 15:23:00 | E-mail | Çapa göndər


AŞPA-da Liberallar Qrupunun toplantısında Dağlıq Qarabağda, qoşunların təmas xəttində baş verən hadisələr müzakirə olunub.
APA-nın xəbərinə görə, Ermənistan nümayəndə heyətinin üzvü Nairi Zohrabyan çıxışında Azərbaycana qarşı ittihamlar səsləndirib. Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək onun ittihamlarına sərt cavablar verib: “Ermənistan nümayəndə heyətinin üzvü Zohrabyan Liberal qrup üzvlərinə tamamilə yanlış məlumatlar verdi. O, hadisələr baş verən zaman harada idi bilmirəm, amma mən hadisələrin baş verdiyi bölgələrdən gəlirəm. Zohrabyan deyir ki, hadisə Azərbaycanın ermənilərə hücum ilə başlayıb. Doğru deyil. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında qurduğu hərbi mövqelərindən atəşkəsi pozaraq cəbhə bölgələrində yaşayan mülkü azərbaycanlıları, onların evlərini hədəfə alıb. Bir neçə mülkü vətəndaşımız həlak olub, yaralanıb və evləri dağıdılıb. Hamısının foto və videolarını millət vəkillərinə göstərə bilərəm. Təbii ki, Azərbaycan ordusu da mülkü vətəndaşlarımızı qorumaq üçün Ermənistan hərbi qüvvələrinə cavab verib. Nə etməliydilər? Azərbaycan ordusu üzərinə düşən vəzifələri yerinə yetirib və heç kimsənin buna irad tutmaq haqqı ola bilməz. Öncə bütün dostlarımız bilməlidir ki, son hadisələr Azərbaycan-Ermənistan sərhədində baş verməyib, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında baş verib. Zohrabyan cavab versin görək, Ermənistan əsgər və hərbçilərinin nə işi var Azərbaycan torpaqlarında? Həyatını itirən erməni əsgərləri isə Zohrabyanın söylədiyi kimi, Qarabağ ermənilər deyil, Ermənistan vətəndaşlarıdır. Zohrabyan aydınlıq gətirsin görək, Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında nə edirdi? Ermənistanda bəzi əsgər anaları ölkə rəhbərliyinə etiraz edərək "bizim uşaqlarımızın Qarabağda nə işi var?" deyir. Ermənistan prezidenti o anaların səslərini eşitməlidir. Dəyərli millət vəkilləri həmkarlarım, Zohrabyandan soruşun ki, indi ölkəsinin prezidenti haradadır? Ermənistan prezidenti indi hərbi formada işğal edilmiş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağdadır. Zohrabyandan soruşmaq istəyirəm, onun nə işi var o torpaqlarda?”
 Q. Paşayeva xatırladıb ki, bütün dünya, AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyıb: “Eyni zamanda, beynəlxalq təşkilatların Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsini tələb edən çoxlu sayda qətnamələri var. Bu gün Ermənistan nümayəndə heyəti burada Dağlıq Qarabağ ermənilərini qabağa verib, ölkələrinin işğalçılığını, törətdikləri cinayətləri gizlətmək istəyirlər, amma edə bilməzlər. Çünki artıq hər kəs gerçəkləri bilir. Zohrabyan deyir, Azərbaycan problemi sülh yolu ilə həll etmək istəmir. Yalandır. Azərbaycan 20 ildən artıqdır ki, problemin sülh yolu ilə həllinə çalışır. Hər zaman deyirik ki, biz sadəcə, beynəlxalq təşkilatların, AŞPA-nın, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq qurumların bu məsələ ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsini istəyirik. Biz bu gün də tələb edirik ki, AŞPA-nın 1416 saylı qətnaməsi həyata keçsin. Əgər bu qətnaməni Ermənistan həyata keçirsə, işğal bitsə, problem də həll olunacaq, gərginlik də bitəcək. Amma Ermənistan AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edir. İndi siz deyin: kimdir problemin həllini istəməyən tərəf? Ermənistan. İşğal edilmiş torpaqlar azad edilmədən gərginliklərin azalması mümkünsüzdür. Dağlıq Qarabağ ermənilərinə gəlincə, Azərbaycan hər zaman bildirib ki, azərbaycanlı köçkünlər evlərinə dönməsi şərtilə ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa muxtariyyət verməyə hazırdır. Amma Ermənistan deyir ki, yox, Dağlıq Qarabağ ya müstəqil dövlət olacaq, ya da Ermənistana birləşəcək. Bu cür mövqe problemin həllinə imkan vermir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və beynəlxalq hüquq normalarının da qeyd etdiyi kimi, bu problem Azərbaycanın torpaq bütünlüyü içərisində həll olunmalıdır. Ədalətli yol sadəcə. budur və bundan başqasını Azərbaycan heç bir zaman qəbul etməyəcək. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır. Məsələnin tək həll yolu budur. Siz dəyərli həmkarlarımızı Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən AŞPA qətnamələrinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırırıq. Öz evlərinə dönə bilməyən yüz minlərlə məcburi köçkün sizdən bunu gözləyir, sizi işğalçıya təzyiq göstərməyə çağırır". 




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info