Beynəlxalq icmalçı: “Bu, Ermənistana vurulan tərs sillə idi”
Tarix: 19.04.2016 | Saat: 15:05:00 | E-mail | Çapa göndər


"Azərbaycanın aldığı silahların bir gün işə düşəcəyi məlum idi. Lakin bu, Ermənistan üçün xoşagəlməz sürpriz oldu. Niyə bu silahlar aprelin əvvəlində atəş açmağa başladı? Bu sualın birmənalı cavabı yoxdur. Azərbaycan əminliklə göstərdi ki, hərbi ritorikası elə belə deyil. Silahları boş yerə almayıb".
 APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu tanınmış rusiyalı politoloq və beynəlxalq icmalçı Arkadi Dubnov Moskvanın Karnegi Mərkəzində keçirilən Dağlıq Qarabağla bağlı ekspert müzakirələrində çıxışı zamanı bildirib.
 Ermənistanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərindən danışan A. Dubnov qeyd edib ki, Dağlıq Qarabağdakı “dörd günlük müharibə” münasibətlərə aydınlıq gətirib: “Aydın oldu ki, KTMT daxilində Dağlıq Qarabağla bağlı vahid rəy mövcud deyil. Ona görə də, bu təşkilatdan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın nəsə gözləməsi yersizdir. Biz bunu baş verən son hadisələrdə Qazaxıstan və Belarusun simasında gördük. Məlumdur ki, Dağlıq Qarabağ KTMT-nin məsuliyyət daşıdığı ərazi deyil. “Dörd günlük müharibə” zamanı bu fakt bir daha təsdiqini tapdı. Eyni sözü Avrasiya İqtisadi Birliyinə də aid etmək olar. Aprelin 8-də Avrasiya İqtisadi Birliyinin Yerevanda iclası keçirilməli idi. Lakin iclas təxirə salındı və bu, Yerevanın razılığı olmadan edildi. Ermənistanın razılığı olmadan Avrasiya İqtisadi Birliyinin iclasının təxirə salınması ona təşkilatın üzv ölkələri tərəfindən vurulan tərs sillə idi".
 
Erməni jurnalistin aprelin əvvəlində Dağlıq Qarabağda baş verən hərbi qarşıdurmanın birinci raundunun kimin xeyrinə bitdiyi ilə bağlı sualına cavabında Arkadi Dubnov bildirib ki, bu raundu xal hesabında Azərbaycan uddu: “Azərbaycan "status-kvo"nu pozdu və məqsədinə nail oldu. "Status-kvo"nu pozmaq Azərbaycanın marağında idi. Azərbaycan bununla bütün dünyaya nümayiş etdirdi ki, müharibə etməyə hazırdır. Bundan başqa, Azərbaycan psixoloji, siyasi və diplomatik planda da uğur qazanmış oldu. Bütün dünya ictimaiyyətinin diqqətini Dağlıq Qarabağ münaqişəsinə yönəldə bildi”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info