Malaşenko: “Azərbaycan ilk raundda Ermənistanı “nokdaun“ vəziyyətinə saldı“
Tarix: 19.04.2016 | Saat: 15:27:00 | E-mail | Çapa göndər


"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi imkansızdır".
 
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın tanınmış siyasi eksperti Aleksey Malaşenko Moskvanın Karnegi Mərkəzində Dağlıq Qarabağla bağlı keçirilən ekspert müzakirələrində deyib.
 
O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bir mif olduğunu söyləyib: "Bu təşkilat Dağlıq Qarabağda münaqişəyə müdaxilə edə bilməz. Hətta təşkilatın Azərbaycan-Ermənistan sərhədində gedən müharibəyə də müdaxilə etməsi imkansızdır. Təsəvvür edin ki, Azərbaycan tankları İrəvandadır. Bu zaman Qazaxıstan tanklarımı Azərbaycan tanklarına qarşı duracaq?"
 
Dağlıq Qarabağda baş verən hərbi qarşıdurmanın birinci raundunun kimin xeyrinə bitdiyinə dair sualına cavabında A. Malaşenko "Azərbaycan ilk raunda Ermənistanı "nokdaun" vəziyyətinə saldı" - deyib.
 
Müzakirələrə Almaniyadan video-görüntü ilə qatılan rusiyalı politoloq, qafqazşünas Sergey Rumyantsev isə Dağlıq Qarabağda münaqişənin yenidən alovlanmasında təəccüblü heç nə olmadığını bildirib: "Azərbaycan tərəfi hər zaman açıq-aydın deyib və bu gün də deyir ki, Ermənistan işğal etdiyi torpaqlardan çəkilməsə, hərbi yola əl atacaq. Ermənistan getdiyi yoldan dönməsə, regionda müharibə qaçılmazdır. Bildiyiniz kimi, təmas xəttində Azərbaycan və Ermənistan qoşunları üz-üzə durub. Həmin ərazidə sülhməramlı qüvvələr yoxdur. Sonra da hamı hərbi qarşıdurmanın baş verdiyinə təəccüblənir".
 
S. Rumyantsev regionda müharibənin artıq reallıq olduğunu söyləyib: "Tərəflərin heç biri güzəştə getmək istəmir. Ona görə də baş verənlər təbiidir. Bundan sonra da belə hallar baş verəcək. Dağlıq Qarabağda müharibə artıq reallıqdır".




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info