Bu il 75 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır
Tarix: 19.04.2016 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, kənd təsərrüfatının ənənəvi sahələrinin, o cümlədən baramaçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, respublikamızda ipəkçiliyin müasir infrastrukturunun yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Uzun illər fasilədən sonra bu il Qax Damazlıq İpəkçilik Stansiyasında yenidən barama qurdunun yetişdirilməsinə başlanılıb.
Stansiyanın direktoru Əkrəm Fətəliyev bildirib ki, aprelin 14-də stansiyada İran İslam Respublikasından tədarük edilmiş 750 qutu barama toxumu inkubasiyaya qoyulub. Aprel 20-də isə Çin Xalq Respublikasından gətirilmiş daha 750 qutu barama toxumu stansiyada inkubasiyaya qoyulacaq. İnkubasiya nəticəsində əldə olunacaq barama qurdları aprelin 27-29-da və mayın 5-7-də müəyyənləşdirilmiş bölgü əsasında bəslənilməsi üçün 25 rayonun kümçülərinə ödənişsiz olaraq paylanılacaq.
Müəssisə rəhbərinin dediyinə görə, 1 qutu toxumdan 19 qram barama qurdu əldə olunur. Yaxşı bəslənilərsə, 1 qutudan 50 kiloqram yaş barama istehsal etmək mümkündür. Ümumiyyətlə, bu il respublikamızda 75 ton yaş barama istehsal edilməsi proqnozlaşdırılır. Gələcəkdə istehsalın daha da artırılması planlaşdırılır.
Xatırladaq ki, bu il istehsalçılara yetişdirdikləri yaş baramanın hər kiloqramı üçün 8 manat ödənilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
Kişmişi idxaldan ixrac məhsuluna çevirməliyik
22.08.2019
“KOB Dostu” Xəzər rayonunda da sahibkarlara xidmət göstərəcək
22.08.2019
Əli Əhmədov: Hökumət süni qiymət artımına yol verilməməsi üçün lazımi tədbirlər görür
22.08.2019
Yunəyirici-Boyaq Fabriki son illərin ən irihəcmli iqtisadi layihələrindən biridir
22.08.2019
Əli Həsənov: Maraqlı dairələr Azərbaycanda özünün koloniyasını yaratmaq istəyirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
3 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
4 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info