Azərbaycan həqiqətləri Fransa mediasında
Tarix: 19.04.2016 | Saat: 15:54:00 | E-mail | Çapa göndər


Fransanın bir qrup senator və deputatının Prezident Fransua Ollanda ünvanladığı Ermənistanın təcavüzkar siyasətinə son qoymağı tələb edən müraciətinin mətninə ölkə mediasında geniş yer verilib. Milli Məclisin üzvü, Azərbaycan-Fransa dostluq qrupunun üzvü Cavanşir Feyziyev tərəfindən müraciətin mətni redaksiyamıza təqdim olunub.
Həmin müraciət Fransanın aparıcı “Le Figaro“ qəzetində də dərc olunub. Ermənistan təcavüzünə son qoymağı tələb edən belə bir mətnin ölkənin nüfuzlu qəzet və internet portallarında dərc olunması artıq Azərbaycanın mövqeyinin və haqq səsinin eşidilməsindən xəbər verir. Bu, erməni lobbisinin yaratdığı süni mifin sonunu göstərir, Fransa mediasının həqiqətə yön tutduğunu bildirir. “Le Figaro” qəzetində və onun internet portalında Azərbaycana dost fransız parlamentarilərinin Fransua Ollanda ünvanladıqları müraciətin dərc edilməsi erməni təxribatlarının fransızdilli ictimaiyyətə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Müraciətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin təcili həllində beynəlxalq hüquqa riayət olunmasına çağırılır. Fransalı senatorlar artıq çeynənmiş mühakimə və fikirləri təkrarlamağa son qoymağın və vəziyyətə obyektiv yanaşmağın vaxtının çatdığını diqqətə çatdırırlar.
Senatorlar münaqişənin həlli üçün erməni işğalçı qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına riayət edilməsini tələb edirlər.
Prezident Fransua Ollanda ünvanlanan müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonunun Ermənistan tərəfindən işğalına göz yummağın yolverilməz olduğu bildirilərək, ondan Minsk qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasındakı daimi üzvü səlahiyyətlərinə müvafiq olaraq dərhal tədbir görmək xahiş olunur.
Müraciəti Fransanın Yuxarı Reyn Departamentinin senatoru, sabiq nazir Jan-Mari Bokel, Avropa deputatı, sabiq nazir Raşida Dati, Orn Departamentinin senatoru, Senatın beynəlxalq əlaqələr komitəsinin müdafiə və silahlı qüvvələr üzrə sədr müavini Natali Qule, Aşağı Reyn Departamentinin senatoru, Avropa işləri üzrə komitənin sədr müavini, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə müavini Andre Rişar, Yuxarı Reyn Departamentinin deputatı, Fransa-Azərbaycan Dostluq Qrupu sədrinin müavini Jan-Luk Reytzer, En Departamentinin senatoru Silvi Qo-Şavan, Şarant Departamentinin deputatı, Avropa işləri üzrə komitə sədrinin müavini Jerom Lamber, Som Departamentinin senatoru Jerom Binyon, Uaz Departamentinin deputatı Jan-Fransua Mansel, Möz Departamentinin senatoru Kristian Nami imzalayıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub
22.09.2018
İranda hərbi parad zamanı terror aktı törədilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info