”Ermənistanın Almaniya, Fransa və İtaliyadan əsas fərqi nədir?”
Tarix: 19.04.2016 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


ATƏT Parlament Assambleyası Almaniyanın Lansvayler şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda seminar təşkil edib. Seminarın ilk günündə Fransa - Almaniya arasında Saar bölgəsi, İtaliya -Almaniya arasında isə Tirol bölgəsində vaxtilə mövcud olan münaqişələrin həlli yolları və mezanizmləri haqqında nümunəvi təqdimatlar olub. Sonra gətirilən nümunələrin ATƏT ərazisində mövcud olan münaqişələrə tətbiq olunma imkanları müzakirə edilib. Trend xəbər verir ki, müzakurələrdə yaxından iştirak edən ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət və Ermənistanının məsələyə yanaşması ilə Fransa, İtaliya və Almaniyanın o zamankı yanaşması ilə əlaqədər müqayisələr apararaq 4 vacib fərqi qeyd edib: "Siz burada münaqişənin həlli variantı kimi Saar və ya Triolu misal çəkdiniz. Biz bunu başa düşürük. Ancaq istərdim biləsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə sizin modeli müqayisə etsək burada 4 ciddi fərqi görə bilərik".  
Birincisi, Fransa, Almaniya və İtaliyadan fərqli olaraq Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirərək orada yaşayan bütün azərbaycanlıları qovubdur.  
İkincisi, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan ətraf 7 rayonu işğal edib və oradakı yüz minlərlə əhalinin didərgin salıbdır.
Üçüncüsü, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq Ermənistan işğal etdiyi Dağlıq Qarabağa və ətraf rayonlara qanunsuz olaraq Ermənistandan və xaricdən erməniləri gətirərərk məskunlaşdırıb, işğal olunmuş ərazilərdə Azərbaycana məxsus bütün tarixi və mədəni abidələri məhv edib və ya özününküləşdirib, işğal etdiyi ərazidə beynəlxalq hüquqa zidd olaraq iqtisadi, maliyyə və digər qanunsuz fəaliyyət həyata keçirir.  
Dördüncüsü, yuxarıda adları çəkilən dövlətlərdən fəqrqli olaraq Dağlıq Qarabağda birtərəfli qaydada qanunsuz referendum keçirtməklə regionun hüquqi statusunu müəyyənləşdirməyə çalışır.
A.Quliyev daha sonra deyib: "Gördüyünüz kimi, Ermənistan tarixdə indiyə kimi olmayan bir presedentə əl ataraq ilk növbədə ərazini işğal edir, oradakı azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyur və sonra da saxta referendum keçirtməklə Dağlıq Qarabağın siyasi taleyini həll etmək istəyir.
Mən bu təkzib olunmaz faktları ona görə gətrirdim ki, hər kəs Ermənistanın bölgədə törətdiyi cinayət əməllərini bir daha görsün.
Mən istərdim ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkərək qonşu Azərbaycanla Almaniyanın , Fransanın və İtalyanın öz aralarında qurduğu dosluq və əməkdaşlıq mühitində yaşamağı bacarsın".  




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İlqar Orucov: Bu gün Azərbaycanı dünyada uğurla təbliğ edən yüksək hazırlıqlı gənclər ordusu formalaşıb
16.11.2018
Koordinasiya Şurası Türkiyə Səfirliyi ilə əməkdaşlığı genişləndirir
16.11.2018
Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16.11.2018
Türkiyədə daha bir Xocalı abidəsinin açılışı olub
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info