Yəhudi icması Pol Rayanı Azərbaycana dəstək verməyə çağırıb
Tarix: 19.04.2016 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


Los-Ancelesdəki yəhudi icması Azərbaycana dəstək verilməsi üçün ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinə müraciət edib.
İran mənşəli yəhudilərin ən böyük təşkilatı sayılan İran Yəhudiləri Federasiyasının (Iranian American Jewish Federation) rəhbərliyi ABŞ Nümayəndələr Palatasının sədri Pol Rayana (Paul Ryan) məktub ünvanlıb. Məktubda Xəzər dənizi hövzəsində, önəmli strateji məkanda yerləşən Azərbaycanın ABŞ-ın ən nadir müttəfiqlərindən biri olduğu bildirilir. Azərbaycanın Avrasiya regionunda dünyəvi-demokratik təsisatlara malik ölkə olmaqla yanaşı, multikulturalizm və etiqadlararası münasibətlər sahəsindəki uğurları ilə bənzərsiz nümunə təşkil etdiyi ifadə olunur. Qeyd edilir ki, Azərbaycan 2001-ci ildə 11 sentyabr terror aktlarından sonra beynəlxalq terrorizmə qarşı ABŞ-la sıx əməkdaşlıq edən ilk ölkələrdən biridir.
Məktubda Azərbaycanın İraq və Kosovada aparılan beynəlxalq əməliyyatlardakı rolundan bəhs olunur, ABŞ-ın Avropdakı müttəfiqlərinin, habelə İsrailin enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrə diqqət çəkilir, hazırkı vəziyyətdə ABŞ-ın Azərbaycan kimi müttəfiqlərinin önəmi qeyd olunur. Bu baxımdan ABŞ-ın Azərbaycanla bağlı siyasətinin şübhə və qətiyyətsizliyə deyil, dəstək və əməkdaşlığa əsaslanmalı olduğu vurğulanır. Məktubun sonunda spikerdən xahiş edilir ki, ABŞ-ın önəmli müttəfiqi olan Azərbaycana dəstək verilməsi istiqamətində səylərini artırsın.
Qeyd edək ki, məktub ötən ilin dekabrında konqresmen Kristofer Smit (Christopher Smith) tərəfindən ABŞ Konqresində Azərbaycan əleyhinə irəli sürülmüş qanun layihəsinə (Azerbaijan Democracy Act) etiraz olaraq yazılıb. Məktubun surəti sözügedən qanun layihəsinin Konqresdə baxıldığı müvafiq komitələrə, o cümlədən Nümayəndələr Palatasında konqresmen Ed Roysun sədrlik etdiyi Xarici Əlaqələr Komitəsinə göndərilib. 
Tural




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb
22.09.2018
İranda terror aktı: həlak olanların sayı 24 nəfərə çatıb
22.09.2018
Tereza Mey: “Brexit” barədə danışıqlar düyünə düşüb
22.09.2018
İranda terror aktı nəticəsində 11 nəfər həlak olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info