Məktəb direktoru vəzifəsinə qəbulla bağlı yenidən müsabiqə elan olunacaq
Tarix: 19.04.2016 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


“Yay aylarında müəllimlərin işə qəbulu müsabiqəsi başa çatdıqdan sonra biz yenidən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı müsabiqə elan etməyi planlaşdırırıq”.
Bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. O bildirib ki, Bakı şəhərində yerləşən məktəblərdə direktor vəzifəsini tutmaq istəyən şəxslər “Uğur sertifikatı”nı əldə etməlidir.
Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, “Uğur sertifikatını” əldə etmək istəyənlər Qafqaz Universiteti, Xəzər Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetində müvafiq kursları bitirməlidirlər: “Hazırda Bakı şəhəri üzrə 100 nəfər müdavim təlimlərə cəlb olunub. Təlimlər artıq bitib. Onlar hazırda təcrübə proqramlarına cəlb edilib. Yekun attestasiya mayın sonu, iyunun əvvəllərində olacaq. Bakı şəhəri üzrə təxminən 70-80 faiz müdavim “Uğur sertifikatı” əldə edə biləcək. Bunun üçün onlar Təhsil Nazirliyinin nəzdində yaradılan komissiyada müsahibədən keçiriləcəklər. Sumqayıt şəhəri, Xızı və Abşeron rayonlarında 40 müdavim təlimlərə cəlb olunub. Habelə Gəncə, Samux, Göygöl və Daşkəsən rayonları üzrə isə təlimlərin I mərhələsi başa çatıb”. 

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir
15.01.2019
Nazirlik aydınlıq gətirdi – pensiyalar yaxın bir neçə gündə ödəniləcək
14.01.2019
“Azərbaycanda turizm sənayesi yaradılmalıdır”
14.01.2019
“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunan şəxslərlə əmək müqaviləsi bağlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info