Ermənistanın təcavüzkar siyasəti “Jewish Journal”da
Tarix: 19.04.2016 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Amerika yəhudilərinin nəşri olan “Jewish Journal” qəzetində Rabbi Simçah Aaron Qrinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, qoşunların təmas xəttində son günlər baş verən erməni təxribatları barədə məqaləsi dərc edilib.Müəllif sülhməramlı millətlərin təhlükəsizliyini qorumaq üçün dəstək göstərilməsinin vacibliyini vurğulayıb. Məqalədə Ermənistanın Azərbaycana qarşı əsrlərdən bəri davam edən soyqırımı, etnik təmizləmə siyasəti barədə ətraflı məlumat verilir. Bildirilir ki, beynəlxalq birlik Ermənistanın Azərbaycan ərazinin 20 faizini işğal altında saxlamasının tamamilə qanunsuz olduğunu dəfələrlə bəyan edib və hələ 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törədilən cinayətlər bu işğalın başlanğıcıdır. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları insanlığa qarşı törədilən bəşəri cinayətdir. 1990-cı illərdə törədilən vəhşiliklər bir milyona yaxın azərbaycanlının öz torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Bu günlərdə ermənilər ötən əsrin sonlarındakı kimi, yenə də mülki əhaliyə qarşı zorakılıqlar törətdilər.
Məqalədə bildirilir ki, yaranmış hazırkı vəziyyət İsrailin də təcili olaraq öz səsini qaldırmasını zəruri edir. İsrail Prezidenti Reuven Rivlin 25 il bundan əvvəl Dağlıq Qarabağda törədilənləri soyqırımı adlandırıb. Bu işğalçılıq siyasəti hələ də davam edir.
Müəllif məqalədə İsrail ilə Azərbaycan arasında mövcud olan əlaqələrdən də söhbət açır. Bildirir ki, Azərbaycan və İsrail arasında 20 ildən artıqdır strateji müttəfiqlik mövcuddur. Yəhudi icması bu nadir və cəsur müttəfiqliyi qorumalıdır. Azərbaycanda yəhudilər uzun illərdən bəri sülh şəraitində yaşayırlar. Bu ölkə bir daha dünyaya bəyan edir ki, müsəlman, yəhudi və xristianlar birgə uzunmüddətli sülh və əmin-amanlıq şəraitində yaşaya bilərlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.04.2019
Kabildә güclü partlayış törәdilib
26.04.2019
Cәnubi Afrikada daşqınlar 70 nәfәrin hәyatına son qoyub
25.04.2019
Kim Çen In Putinə qılınc hədiyyə etdi
25.04.2019
Suriyada partlayış baş verib, ölənlər və yaralananlar var
24.04.2019
Cәnubi Afrikada daşqınlar 37 nәfәrin hәyatına son qoyub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info