“Formula-1“ üçün biletlərin 65 faizi xaricdən alınıb
Tarix: 19.04.2016 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Bakıda "Formula-1" Avropa Qran-prisinin keçirilməsi ilə bağlı işlər plana uyğun davam etdirilir. Bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib. N.Arpadarai bildirib ki, xaricdə təbliğat işləri həyata keçirilir, könüllülərin təlimləri aparılır. Onun sözlərinə görə, Qran-pri üçün biletlərin satışı da normal şəkildə davam edir: "Biletlər əsasən xarici ölkələrdən alınır. Bildiyiniz kimi Qran-pri çərçivəsində konsert proqramında 3 dünya ulduzu çıxış edəcək və Qran-priyə bilet alanlar həmin konsertlərə giriş əldə edəcəklər. Ulduzların iştirakı elan olunandan sonra həm xaricdən, həm də daxildən biletlərə maraq daha da artıb". N.Arpadarainin sözlərinə görə, indiyə qədər satılan biletlərin 65 faizi xaricdən alınıb: "Bilet satışında çox pozitiv bir tendensiya var. Xaricdən biletlərə maraq Avropa ölkələrindən - Böyük Britaniyadan, Niderlanddan, Ukraynadan, Rusiyadan, həmçinin Ərəb ölkələrindən çoxdur".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info