Naxçıvanda nəqliyyat xidmətinin səviyyəsi yüksəldilir
Tarix: 19.04.2016 | Saat: 18:20:00 | E-mail | Çapa göndər


Bu ilin ilk rübündə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilib, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilib. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi də təmin edilib.Naxçıvan Muxtar Respublikası Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, cari ilin birinci rübündə 4 avtobus vasitəsilə Bakıya 242 reys edilib, 7120 sərnişin daşınıb, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 8049 nəfər olub. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlayıb, fevralın 20-də bu istiqamətdə ilk reys yola salınıb.Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərə buraxılan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılıb, vaxtaşırı lazımi təmir işləri görülüb. Bu dövrdə 139 marşrut xətti üzrə fəaliyyətdə olan 305 avtobus və 488 taksi vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib. Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılıb, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunub.Rüb ərzində mütəmadi reydlər keçirilib, avtobusların təmizliyinə, sürücülərin geyim formasına və hərəkət qrafikinə, xüsusilə axşam saatlarında şəhərdaxili marşrutların işinə müntəzəm nəzarət edilib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info