Tovuzda tütünçülük inkişaf etdirilir
Tarix: 19.04.2016 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, Azərbaycanda qədim ənənələrə malik ipəkçiliyin, eləcə də tütünçülüyün və çayçılığın inkişaf etdirilməsi dövlətimizin başçısı tərəfindən prioritet vəzifələrdən biri kimi müəyyən edilib. Bu barədə Tovuz Rayon İcra Hakimiyyətində tütün istehsalı ilə məşğul olacaq yerli sahibkarlarla keçirilən seminar-müşavirədə məlumat verilib. Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirib ki, bu il kənd təsərrüfatının digər sahələri kimi, tütünçülüyün inkişafına da diqqət yetiriləcək. Rayonda cari ildə 20 hektar sahədə tütün əkini həyata keçiriləcək. Tütün əsasən rayonun dağ kəndlərində əkiləcək. Əsas məqsəd kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyü dirçəltmək və dağ kəndlərinin əhalisinin məşğulluğunu təmin etməkdən ibarətdir. Seminar–müşavirədə sahibkarlara tütünün əkilməsi və becərilməsi istiqamətində məsləhətlər verilib.
Sonda sahibkarları maraqlandıran suallara aydınlıq gətirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək
18.01.2019
Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info