XİN-dən Sarkisyanın təxribatçı addımına reaksiya
Tarix: 19.04.2016 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


“Ermənistan rəhbərliyinin bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır”.
Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.
H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi bu kimi təhrikçi əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürütdüyünü bir daha sübut edir. Bu, bir daha onu göstərir ki, aprelin 2-dən başlayaraq qoşunların təmas xəttində yaranmış gərginliyin və atəşkəs rejiminin intensiv şəkildə pozulmasının arxasında məhz rəsmi Yerevan dayanır.
Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətin münaqişənin həlli üzrə hərtərəfli siyasi proseslərə başlamaq barədə israrlı çağırışlarına məhəl qoymayaraq təcavüzkar siyasətini davam etdirməsi, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaması, atəşkəsin pozulması və gərginliyin artmasına yönəlmiş addımları regional sülh və sabitlik üçün ciddi təhlükədir.
“Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə mətbuat katibi vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info