Tarixi abidələrimizi tanıyaq və tanıdaq
Tarix: 19.04.2016 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Hər bir xalq öz tarixi keçmişi ilə tanınır. Tarixi vərəqlədikcə xalqımızın necə bir ulu xalq olduğunu görüb fərəhlənir, mədəniyyətimizin çox böyük dövrləri əhatə etdiyinin şahidi oluruq. Qürur hissi ilə qeyd etməliyik ki, dünyanın nəhəng ölkələri ilə müqayisədə ərazimiz nə qədər kiçik olsada zəngin mədəniyyətimiz daim diqqət mərkəzində olub.
Azərbaycanın ilkin yaşayış yerlərindən, qədim mədəniyyət mərkəzlərindən biri də tarixin özü qədər qocaman Bərdəmizdir. O Bərdəmiz ki, 500 il ölkənin baş şəhəri, paytaxtı olub. O Bərdəmiz ki, adı şərqin ulu və möhtəşəm şəhərləri ilə bir sırada çəkilərək Reylə, Bağdadla müqayisə olub.
Dəfələrlə yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq Bərdəmizin tarixi, mədəniyyət abidələri bu günümüzə qədər gəlib çatıb.
Babalarımızdan bizə miras qalan bu tarixi abidələri, dünənimizdən bu günümüzə işıq salan bu sənət incilərini qoruyub saxlamaq, yaşatmaq və gələcək nəsillərə çatdırmaq bizim hər birimizin vətəndaşlıq borcumuzdur. Bütün bunları nəzərə alaraq, Bərdə şəhərində 18 aprel tarixində “Beynəlxalq Abidələr və Tarixi Yerlər” günü münasibətilə Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi silsilə tədbirlər keçirib ki, həmən tədbirlərdən biri Bərdə türbəsinin ətrafında baş tutdu. Tədbir “Tarixi Abidələrimizi Tanıyaq və Tanıdaq” devizi altında keçirilib. Tədbir ilk öncə 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm dərnəyi üzvlərinin açıq havada çəkdikləri rəsm əsərlərinin sərgisi ilə başlayıb. Tədbirdə çıxış edən Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Validə Nabatova Bərdə rayonunda olan tarixi abidələr haqqında ətraflı məlumat verib. Prezident İlham Əliyevin diqqəti və qayğısı nəticəsində Bərdə türbəsinin yenidən bərpa olunmasından, 2015-ci ilin mart ayında Prezidentimizin Bərdəyə səfəri zamanı türbədə olaraq təmir prosesi ilə yaxından tanış olmasını bildirib. Daha sonra çıxış edən Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov rayonda və regionda yerləşən zəngin tarixi abidələrin turizm potensialının inkişafındada danılmaz rolu olduğunu qeyd edib. Bərdə Rəsm Qalareyasının direktoru Səbuhi Qasımov isə Heydər Əliyev Fondunun, UNESCO və İSESCO -nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyətimizin dünyada tanıdılması haqqında məruzə ilə çıxış edib. Tarixi abidələrin mühafizəsi fondunun işçisi Aynur İsmayılova isə keçmişimizi unutmamağa və təbliğ etməyə səsləyib. Tədbir sonda konsert proqramı ilə davam edib.

Qönçə




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair Dövlət Proqramı təsdiqlənib
15.11.2018
Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir
15.11.2018
BVF: “Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 3-4 faizədək artacaq”
15.11.2018
Qusar–Əniq–Laza avtomobil yolunun tikintisinə 6,6 milyon manat ayrılıb
15.11.2018
“Azərsun Holdinq” Beynəlxalq Ətraf Mühit sərgisində iştirak edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info