Ermənilərdən daha bir iyrənc addım
Tarix: 19.04.2016 | Saat: 19:35:00 | E-mail | Çapa göndər


Döyüş meydanında itkin düşmüş sonuncu hərbi qulluqçumuzun meyiti tapılıb.
Müdafiə Nazirliyi Mətbuat xidmətindən bildiriblər ki, döyüş meydanında itkin düşmüş sonuncu hərbi qulluqçumuzun meyiti tapılıb.
Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında itkin düşmüş hərbi qulluqçumuzun axtarılması prosesi yenidən bərpa edilib.
Əvvəllər dəfələrlə axtarışlar aparılmış ərazidə bu gün hərbi qulluqçumuzun meyiti aşkar edilərək götürülüb.
Bu, o qənaətə gəlməyə əsas verir ki, erməni tərəfi həmin meyiti əvvəlcədən taparaq götürüb, bəlli olmayan səbəblərdən özündə saxlayıb və bu barədə nə vasitəçilərə, nə də Azərbaycan tərəfinə rəsmi heç bir məlumat verməyib.
Axtarışların aprelin 19-da bərpa ediləcəyi barədə rəsmi məlumat yayıldıqdan dərhal sonra erməni tərəfi meyiti əvvəllər axtarışlar aparılan əraziyə atıb.
Hazırda hərbi qulluqçumuzun ölümünün baş verməsi şəraiti, səbəbi, vaxtı, meyitin üzərində hər hansı işgəncə, təhqir əlamətlərinin olub-olmamasını təyin etmək məqsədilə tibbi-məhkəmə ekspertizası, müvafiq tanınma və digər zəruri prosedurlar həyata keçirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!
21.02.2019
Ərəstun Mehdiyev: Azərbaycan dövləti Əfqanıstan müharibəsinin veteranlarına hərtərəfli qayğı göstərir
20.02.2019
Öz liderinə xəyanət edənləri tarix bağışlamır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info