Dövlət qulluğuna qəbul imtahanları regionlarda da keçiriləcək
Tarix: 28.02.2013 | Saat: 16:57:00 | E-mail | Çapa göndər


Elektron sistemlərdən istifadə edilərək yaxın zamanlarda dövlət qulluğuna qəbul imtahanları artıq regionlarda da keçiriləcək. Bu barədə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bildirib. "Hazırda dövlət qulluğuna qəbul yalnız mərkəzləşdirilmiş qaydada keçirilir. Vətəndaşlar həm test imtahanlarından, həm də müsahibədən keçmək üçün Bakıya gəlməlidirlər. Düşünürük ki, elektron sistemlərdən istifadə edərək bu yaxınlarda regionlarda da belə imtahanlar keçirək. Bizim əsas məqsədlərimizdən biri də ondan ibarətdir ki, qəbul prosesi vətəndaşlar üçün rahat keçsin. Təbii ki, biz bunu obyektivliyi və şaffaflığı qorumaq şərtilə təşkil edirik"- deyə komissiya sədri açıqlayıb. B.Xəlilovun sözlərinə görə, qövlət qulluğuna qəbulun bütün mərhələlərində, xüsusən də müsahibə mərhələsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədilə keçirilən son qəbul zamanı müsahibə qruplarına QHT nümayəndələri də daxil edilib: "Çünki müsahibə mərhələsi barəsində çox söz-söhbətlər olur. Bu barədə məlumatları olmayanların yanaşmaları düzgün deyil. Namizədin dövlət qulluğuna uyğun olub-olmaması barədə komissiyanın digər üzvləri kimi QHT-lər də qərar verirlər". Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri bildirib ki, artıq martın sonunda dövlət qulluğuna qəbulla bağlı yeni bir elan da veriləcək.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info