Almaniyada dözümsüzlük artır?
Tarix: 19.04.2016 | Saat: 20:27:00 | E-mail | Çapa göndər


Almaniya Müsəlmanlarının Mərkəzi Şurasının rəhbəri Ayman Maziyek NDR telekanalına müsahibəsində sağçı radikal “Almaniya üçün Alternativ” (AüA) partiyasını kəskin tənqid edib. Maziyek bu partiyanı NSDAP (Alman Millətçi-Sosialist Fəhlə Partiyası) ilə müqayisə edərək deyib: “Hitler Almaniyası dövründən bəri ilk dəfədir ki, bütöv bir dini qrupu hörmətdən salan və onun mövcudluğuna təhdid mənbəyi olan partiya yaranıb”. Onun sözlərinə görə. AüA son bir neçə ildə bu ölkədə baş qaldırmış antimüsəlman hərəkatı dalğasından istifadə etməyə çalışır. Maziyek müsahibəsini bu sözlərlə bitirib: “Bu, islam əleyhinə deyil, demokratiya əleyhinə fəaliyyət xəttidir”.
Almaniya hökuməti islam barəsində AüA ilə hər hansı debatlardan qəti imtina edib. Federal kansler Angela Merkelin dəfələrlə vurğuladığı kimi, əsla şübhə ola bilməz ki, bu gün islam Almaniya cəmiyyətinin tərkib hissəsidir. Hökumətin mətbuat katibi Şteffen Zaybert dünən Berlində jurnalistlərə bu haqda məlumat verərək vurğulayıb ki, Almaniyanın Əsas Qanunu bu ölkədə dini etiqad azadlığına təminat verir. Bundan əlavə, Zaybertin sözlərinə görə, AüA partiyasının proqramını şərh etmək hökumətin vəzifələrinə daxil deyil.
AüA sədrinin müavini Beatriks fon Ştorx FAZ nəşrinə müsahibəsində bildirib ki, islam ölkə konstitusiyası ilə bir araya sığmır. Onun sözlərinə görə, AüA-nın yaxın vaxtlarda keçiriləcək iclasında bu bənd partiyanın proqramına daxil ediləcək və ictimai yerlərdə islam rəmzlərindən istifadə edilməsinin qadağan olunması tələb ediləcək.
Xatırladaq ki, Almaniyada mart ayında keçirilmiş əyalət seçkilərində AüA partiyası Reynland-Pfalts, Baden-Vürtemberq və Saksoniya-Anhalt landtaqlarına daxil olub. Sonuncu rəy sorğuları göstərir ki, Almaniya sakinlərinin 10-14 faizi bu partiyanı dəstəkləyir, bu isə əlbəttə, narahatlıq üçün əsas verir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
İsrailin Baş naziri Moskvaya səfərini təxirə salıb
20.02.2019
İngiltərədə Mühafizəkarlar partiyasından olan üç deputat partiya sıralarını tərk edib
20.02.2019
Suriyanın yeni konstitusiyası hazırlanacaq
20.02.2019
Birlәşmiş Millәtlәr Tәşkilatı Suriya mәsәlәsi ilә bağlı xәbәrdarlıq edib
20.02.2019
Avstraliyadakı quraqlıq uşaqların psixi inkişafına mənfi təsir göstərir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10607

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info