Qaraçuxur qəsəbəsində istismara yararsız evlərin yerində hündürmərtəbəli binaların tikintisi planlaşdırılır
Tarix: 19.04.2016 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 34 və 36 ünvanda yerləşən istismara yararsız 2 mərtəbəli yaşayış binalarının əvəzinə tikintisi nəzərdə tutulan 12 və 14 mərtəbəli, 2 girişli yaşayış binasının eskiz layihəsi tərtib olunub.Rayon icra hakimiyyətindən bildirilib ki, bu məqsədlə Bakı Dövlət Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılması sənədləri hazırlanaraq razılaşdırılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.
Eyni zamanda, həmin qəsəbənin, Kərəm İsmayılov və Mədən küçələrində yerləşən istismara yararsız 5 ədəd 2 və 3 mərtəbəli yaşayış binalarının əvəzinə tikintisi nəzərdə tutulan 15 və 16 mərtəbəli, 6 girişli yaşayış binasının da eskiz layihəsi tərtib olunub.
Şəhərsalma əsaslandırılması sənədlərinin hazırlanması üçün Bakı Dövlət Layihə İnstitutu ilə müqavilə bağlanıb.
Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli Qərarına əsasən Bakı şəhərinin bir sıra rayonlarında, o cümlədən Suraxanı rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulub.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info