Döyüş sənətləri üzrə Avropa çempionatı keçirilib
Tarix: 19.04.2016 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə Avropa çempionatı keçirilib. 23 Avropa ölkəsindən 500-ə yaxın idmançının qatıldığı çempionatda Azərbaycanın Şaolin Döyüş Sənəti Federasiyasının üzvləri də iştirak edib. Turnirin keçirildiyi hər iki gün millimiz üçün uğurlu olub.
Komandamıza ilk qızıl medalı professional döyüşlər üzrə Nizami Mollayev , tao lu döyüşü üzrə isə Tofiq Abışlı qazandırıb. Beləliklə, Nizami Mollayev 1 qızıl, Malik Əliyev 1 qızıl, 1 bürünc, Tofiq Abışlı 2 qızıl, 1 gümüş, Əlibəy Əlizadə 1 qızıl, Fərhad Ədilov 1 qızıl, Turan Qulamzadə 1 qızıl, Emil Mirzəyev 1 qızıl, 1 bürünc, Əzizbəy Qasımov 1 qızıl, Firuz Məmmədov 1 qızıl, Kənan Cəfərli 1 gümüş və Nail Hüseynov 1 qızıl medal qazanıb. İdmançılarımız çempionatda ümumilikdə 11 qızıl, 2 gümüş, 2 bürünc medala sahib olublar. Beləliklə, Azərbaycan yığması komanda hesabında qızıl medalın sayına görə ilk pillədə qərarlaşıb. Çempionatı izləyənlər arasında Azərbaycan Respublikası Şaolin Döyüş Sənəti Federasiyasının prezidenti Rafiq Əliyev, Federasiyanın professional döyüşlər üzrə baş məşqçisi Ruhin Hüseynov və komandanın kapitanı Malik Əliyev də olub. Yarışa üzərində Qarabağ yazılmış köynəklərlə çıxan idmançılarımız qələbələrini torpaqlarımız uğrunda həlak olan şəhidlərin ruhuna həsr edib. Millimiz aprelin 21-i vətənə dönəcək.




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Mbappe İspaniyaya keçir?
22.03.2019
Avro-2020: Xorvatiya 2:1 Azərbaycan
21.03.2019
Avro-2020: seçmə mərhələnin ilk qolu vurulub
21.03.2019
ABŞ beysbolçusu ən bahalı müqaviləyə imza atıb
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info