Emil Balayev “Ayntraxt”ı tərk edəcək
Tarix: 19.04.2016 | Saat: 23:39:00 | E-mail | Çapa göndər


Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşən “Ayntraxt” mövsümün sonunda heyətində islahatlar aparacaq. Almaniya mətbuatının məlumatına görə, baş məşqçi Niko Kovaçın “qara siyahı”sında adı olan futbolçulardan biri də Emil Balayevdir. Ölkə çempionatında sona 4 tur qalmış turnir cədvəlinin 17-ci pilləsində qərarlaşan Frankfurt təmsilçisi II Bundesliqaya düşməyə çox yaxındır. 3 turdur məğlubiyyətləri sıralayan “Ayntraxt”ı mövsümün sonunda tərk edəcək futbolçular da müəyyənləşib. Kovaç yayda müqavilə müddəti bitəcək 8 oyunçunun heç birinin xidmətində maraqlı deyil. Onların arasında Azərbaycan yığmasının qapıçısı Emil Balayev də var. 2014-cü ilin dekabrında “Neftçi”dən keçdiyi “Ayntraxt”da hələ də rəsmi debüt edə bilməyən 22 yaşlı qolkiper bu müddət ərzində ən yaxşı halda komandanın 3-cü qapıçısı olub. Onunla yanaşı, oynamaq imkanı əldə etməyən digər qapıçı Yannik Zummak da yola salınacaq.
Marko Russ, Makoto Hasebe, Konstant Djakpa, Sonni Kittel, Anis Ben-Hatira və Kaan Ayhan da anlaşması yaya qədər olan oyunçulardı. Heyətə düşə bilməyənlər yola salınacaq. Rəhbərlik yüksək ödənişli Russ, Hasebe, Djakpa, Ben-Hatira və Ayhanla hazırkı şərtlərlə müqavilə imzalamaq fikrində deyil. Komandanın liderlərindən olan Russ özü də autsayderdə qalmaq istəmir. Sonuncu isə müqavilə ilə məxsus olduğu “Şalke”yə qayıdacaq. Bundan başqa, “Ayntraxt” əgər Bundesliqanı tərk etsə, Sabolç Huştinin də müqaviləsi avtomatik olaraq qüvvədən düşəcək. Çünki macarıstanlı yarımmüdafiəçinin anlaşması yalnız yüksək liqa üçün nəzərdə tutulub.
Klub yalnız Yohannes Flumu saxlamaq qərarına gəlib. Onunla yeni müqavilə imzalanacaq.
Beləliklə, zədə ucbatından mövsümü qapayan Emil Balayev “Ayntraxt”ı debüt etmədən tərk etməli olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.03.2019
Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
20.03.2019
Millimiz ilk oyununda Rusiya ilə heç-heçə edib
20.03.2019
Azərbaycan millisi məzmunlu futbol göstərməyə hazırdır
19.03.2019
İngiltərə millisinə yeni oyunçu cəlb edilib
18.03.2019
“Barselona“ böyük hesabla “Real Betis“ə qalib gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10701

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 Fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlanır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info