“FAO ilə Azərbaycan arasında əlaqələr yüksək səviyyədədir”
Tarix: 19.04.2016 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə əlaqədar etimad məktubunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silvaya təqdim edib.
Səfirlikdən bildiriblər ki, baş direktor Azərbaycanla FAO arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycan Prezidentinin 2014-cü ildə Romaya, həmçinin özünün 2012-ci və 2015-ci illərdə Azərbaycana səfərləri zamanı dövlətimizin başçısı ilə keçirilən görüşləri məmnunluqla xatırlayıb. Baş direktor FAO-nun ötən il Bakı şəhərində təsis olunmuş Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin bu əlaqələrin inkişafına bir daha öz töhfəsini verəcəyinə əminliyini bildirib. M.Əhmədzadə Azərbaycan hökumətinin FAO ilə əlaqələrə xüsusi diqqət yetirdiyini, bu əlaqələrin ölkəmizdə kənd təsərrüfatı sahəsində islahatların aparılmasında və bu sahənin inkişafında önəmli olduğunu bildirib. O, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsində və qeyri-neft ixracının artırılmasında kənd təsərrüfatı sektorunun prioritet olduğunu deyib, bu sahədə son illərdə əldə edilmiş nailiyyətlər barədə məlumat verib. Görüşdə FAO və Azərbaycan arasında əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info