“168 Jam”: “Ermənistan əhalisinin 76 faizi yoxsuldur”
Tarix: 20.04.2016 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


“Ermənistanda sosial durum iflic vəziyyətdədir. Yoxsulluq, işsizlik, səfalət və inflyasiyanın artması ölkə əhalisini ölkə kənarında daha xoş güzəran aramağa sövq edir. Lakin problem ondadır ki, ölkənin bu sahəyə olan səlahiyyətli nümayəndələri əhalinin Ermənistanı tərk etməsinə müxtəlif maneələr yaradırlar. Qeyd edək ki, bu maneələrlə ancaq imkansız ermənilər rastlaşırlar. Doğrudan da, gün ərzində 5 ABŞ dollarından da az pul xərcləmək imkanında olmayan kasıb erməni necə yaşamalıdır?”.
Bu fikirlər Dünya Bankının hesabatına istinad edən “168 Jam” qəzetində dərc edilən məqalədə yer alıb. Nəşr yazır ki, Dünya Bankı səlahiyyətliləri, gün ərzində yaşamaq üçün 5 ABŞ dolları sərf edənləri yoxsul kimi dəyərləndirir: “Bununla yanaşı, Dünya Bankı iki ayrı amil əsasında yoxsulluğun səviyyəsini təqdim edir - birincisi günə 2,5 dollar, ikincisi günə 5 dollar xərcləmək. Məsələ bundadır ki, 2014-cü ildə 2.5 dollara dolananlar Ermənistan əhalisinin 26 faizini təşkil edirdi. Hazırda isə bu göstərici 5 dollar kimi dəyərləndirilsə də, ölkə əhalisinin 76 faizindən artığını təşkil edir. Bu isə əhalinin 2/ 4 hissəsini təşkil edir”. Bir daha xatırladaq ki, ölkənin Milli Statistika Xidmətinin məlumatına görə, 2014-cü ilin sonunda Ermənistanda yoxsulluğun səviyyəsi ölkə əhalisinin 30 faizini təşkil edirdi. Hazırkı reallıq isə göz önündədir.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Əcnəbilərin Türkiyə vətəndaşlığı alması proseduru sadələşdirilib
19.09.2018
QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib
18.09.2018
Türkiyə İdlibə əlavə hərbi kontingent göndərəcək
18.09.2018
“Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlər var”
18.09.2018
Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info