“Azərbaycanla iqtisadi, siyasi və mədəni sahələrdə çox yaxşı münasibətlər qurulub”
Tarix: 20.04.2016 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Moskvada keçirilən Avrasiya ölkələri parlament sədrlərinin birinci müşavirəsi çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov İran İslam Respublikası parlamentinin sədri Əli Laricani ilə görüşüb.
Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Oqtay Əsədov bütün sahələrdə əməkdaşlığın sürətlə inkişafı üçün yaxşı perspektivlərin olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentinin sədri iranlı həmkarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağda münaqişəsi barədə məlumat verərək bildirib ki, Ermənistan tərəfi hər gün atəşkəsi pozaraq Azərbaycan kəndlərinin dinc əhalisini atəşə tutur. Beynəlxalq vasitəçilərin səylərinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. Təmas xəttində son hadisələrdən danışan Oqtay Əsədov vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistan tərəfinin təcavüzünə layiqli cavab verib. Beynəlxalq vasitəçilərin, ilk növbədə Rusiya tərəfinin təklifi ilə hərbi əməliyyatlar dayandırılıb və münaqişənin dinc yolla həlli üçün danışıqlar aparılır. İran parlamentinin sədri qeyd edib ki, Azərbaycan ilə iqtisadi, siyasi və mədəni sahələrdə çox yaxşı münasibətlər qurulub. O, Azərbaycan, İran və Rusiya, habelə Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında keçirilmiş görüşlərin nəticələrini yüksək qiymətləndirib. Ticari-iqtisadi münasibətlərin, banklar arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı zəmin yarandığını deyən İran parlamentinin sədri Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar İran hakimiyyətinin narahatlığını ifadə edib. Söhbət zamanı Azərbaycan və İran parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info