Konqresmen: “Ermənistan alət kimi istifadə olunur”
Tarix: 20.04.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin üzvü Montana ştatını təmsil edən Rayan Zinki aprelin əvvəllərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xətti boyunca yaşanan son eskalasiya ilə əlaqədar Ermənistanı tənqid edən bəyanat verib.
Onlarla insanın ölümü ilə nəticələnən Ermənistan və Azərbaycan arasındakı son toqquşmalar ilə əlaqədar narahatlığını ifadə edən konqresmen R.Zinki bu eskalasiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşləri ilə yadda qalan uğurlu Vaşinqton səfərindən dərhal sonra baş verdiyini vurğulayıb.
Konqresmen R.Zinke, həmçinin bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu, Ermənistan və Azərbaycan arasında baş vermiş son eskalasiyanın yatırılmasının beynəlxalq və regional təhlükəsizlik aspektindən vacib olduğunu ifadə edib.
Daha sonra o, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfələrini diqqətə çatdıraraq, Ermənistanın Azərbaycan da daxil olmaqla regiondakı ABŞ dostlarına qarşı alət kimi istifadə olunması ilə bağlı təəssüfünü bildirib.
Sonda konqresmen R.Zinki bəyanatında Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmaların bu münaqişənin həllinin necə təcili olduğunu bir daha xatırlatdığını qeyd edərək, Ağ Ev Administrasiyasına münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini daha da intensivləşdirmək, habelə aqressiyaya məruz qalan Azərbaycan kimi dost dövlətlərə dəstəyini davam etdirmək ilə əlaqədar çağırış edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
BMT Yəməndə döyüşən tərəfləri mülki vətəndaşları qorumağa çağırdı
17.07.2019
Türkiyə HHQ İraqın şimalında 7 terrorçunu zərərsizləşdirib
17.07.2019
Türkiyə Prezidenti “Twitter” səhifəsində Ərbildəki mənfur hücumu pisləyib
17.07.2019
İranda tayfalar bir-birini qırdı
17.07.2019
“Breeze 2019” hərbi təlimə start verildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info