Gömrükçülər 60 mindən çox siqaret aşkar edib
Tarix: 20.04.2016 | Saat: 16:33:00 | E-mail | Çapa göndər


Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi Gəncə-Şəmkir şosesinin 13-cü kilometrliyində şübhəli qismində saxlanılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yoxlama zamanı nəqliyyat vasitəsinin baqajında olan iki ədəd çantadan Gürcüstanda istehsal edilən 30 min ədəd Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan “Pirveli” siqaretləri aşkar edilərək götürülüb.
Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda isə Rusiya Federasiyasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa bamperinin arxasında olan boşluqlarda gömrük nəzarətindən gizlədilən 14 min 400 ədəd siqaret aşkar olunaraq götürülüb.
Rusiya Federasiyasından Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun gömrük nəzarətinə daxil olan digər nəqliyyat vasitəsindən isə 17 min 400 ədəd siqaret aşkar edilib. Siqaretlər nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı avtomobilin ön və arxa bamperlərinin arxasındakı boşluqlardan aşkar edilərək götürülüb.
Ümumilikdə 3 fakt üzrə 61 min 800 ədəd siqaret aşkar edilib.
Bütün faktlarla bağlı araşdırma aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq
19.02.2019
İş vaxtı ərzində işçi digər peşə üzrə əmək funksiyasını da icra edərsə, onun əmək haqqına əlavə ödənilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info