“Molla Nəsrəddin” jurnalının 110 illiyi 
Tarix: 20.04.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda “Molla Nəsrəddin” jurnalının 110 illiyinə həsr olunan “Sizi deyib gəlmişəm...” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Molla Nəsrəddin” jurnalının fəaliyyətindən və şərəfli tarixindən söz açıb. Bildirilib ki, Azərbaycanın ilk satirik jurnalı olan “Molla Nəsrəddin”in birinci nömrəsi 1906-ci il aprelin 7-də Tiflisdə çapdan çıxıb. Görkəmli mütəfəkkir Cəlil Məmmədquluzadənin müəllifliyi və redaktorluğu ilə jurnalın 25 ildə 748 nömrəsi işıq üzü görüb. “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib.
Konfransda “Molla Nəsrəddin” jurnalı və ədəbi ictimai mühit”, “Molla Nəsrəddin” jurnalının Təbriz dövrü”, “Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalı” və digər mövzularda məruzələr dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10472

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info