Zərifə Əliyeva adına park kompleksi yenidən qurulub
Tarix: 20.04.2016 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin yaşıllıq zonaları xüsusi diqqətlə qorunur və genişləndirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH)  bildirilib ki, BŞİH mütəmadi olaraq reydlər aparır, qanunsuz inşaat işləri və tikililər aşkarlandığı təqdirdə aidiyyəti dövlət strukturları ilə bərabər müvafiq tədbirlər həyata keçirir.
Bir müddət əvvəl Binəqədi rayonu, Zərifə Əliyeva park kompleksindəki “Zeytunluq” deyilən yaşıllıq zonasında qanunazidd tikilinin sökülməsinə başlanılıb, parkın ərazisi beton örtüklərdən təmizlənib, söküntü işlərinin aparıldığı ərazidə çoxillik zeytun ağacları əkilib.
BŞİH-dən verilən açıqlamada qeyd edilir ki, bundan sonra da paytaxtın ümumi mənzərəsinə xələl gətirən, şəhər sakinlərinin istirahətinə və asudə vaxt keçirmələrinə mane olan, ekoloji standartlara cavab verməyən qeyri-qanuni tikililər aşkarlandığı təqdirdə onların söküntüsü davam etdiriləcək, dövlət başçısının göstərişlərinə uyğun olaraq Bakının ekoloji tarazlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, “Zeytunluq” deyilən ərazidəki qanunsuz tikililərin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Akif Çovdarova məxsus olduğu və gələcəkdə şadlıq evi kimi istifadə edilmək üçün nəzərdə tutulduğu bildirilirdi.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23.08.2019
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23.08.2019
Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub
23.08.2019
“Azeri Light”ın bir barreli 63,12 dollara satılır
22.08.2019
Azərbaycanlı gənc BMT sammitində iştirak üçün `“Yaşıl bilet“ qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info