Ağ Evin saytında açılan petisiya ilə əlaqədar tələbələrlə görüş keçirilib
Tarix: 20.04.2016 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA)  Dağlıq Qarabağa dair Ağ Evin saytında açılan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiyası ilə bağlı Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirilib.
Tədbirdə Azərbaycan himni səslənib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Universitetin tədris işləri üzrə prorektoru Arif Şərifov AVCİYA-nın Azərbaycanın ictimai-siyası həyatındakı rolundan, beynəlxalq fəaliyyətindən danışıb, assosiasiyanın başladığı “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya layihəsinin ölkə üçün əhəmiyyətini yüksək qiymətləndirib. AVCİYA nümayəndəsi Məhərrəm Zülfüqarlı bildirib ki, Obama administrasiyasına ünvanlanan petisiya ilə əlaqədar bir neçə universitetdə görüş keçirilib: “Artıq 170 min səs toplanıb. Biz düşünürük ki, bu səs sayı yetərli deyil, daha çox olmalıdır. Obama administrasiyasında səslərin sayı hesablananda onlar bəzi səslərin qaydaya uyğun verilmədiyini müəyyənləşdirə, onu saymaya bilərlər. Ona görə də, biz daha çox səs toplamalıyıq. Mən bütün Azərbaycan gəncliyini, tələbələri fəal olmağa çağırıram”. M. Zülfüqarlı əlavə edib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım göstərməyə çağırırlar.
Qeyd edək ki, səsvermə mayın 6-dək davam edəcək. Ağ evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.
Tural 




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info