Əli Həsənov: “İşğal olunmuş Azərbaycan ərazilərində narkotika becərilir və müxtəlif ölkələrə göndərilir”
Tarix: 20.04.2016 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


ABŞ-ın Nyu-York şəhərində BMT Baş Məclisinin dünya narkotiklər probleminə və onunla mübarizəyə həsr olunan 30-cu xüsusi sessiyası keçirilir.
Azərbaycanı bu tədbirdə baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Üç günlük sessiya narkomafiya ilə uzun illər mübarizə aparan Kolumbiya, Meksika və Qvatemalanın təşəbbüsü ilə keçirilir. Xüsusi tədbirdə bir sıra ölkələrin dövlət başçıları, administrasiya rəhbərləri, narkomanlığa qarşı mübarizə qurumlarının rəhbərləri və müxtəlif beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Sessiyanın açılışında bir neçə gün öncə Ekvadorda baş vermiş zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Ə. Həsənov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra BMT-nin hər üç müvafiq konvensiyasına qoşulduğunu, ölkəmizdə müasir tələblərə cavab verən qanunvericilik bazasının mövcud olduğunu qeyd edib. Azərbaycan müvafiq sahədə BMT və onun qurumları, Avropa Şurası, GUAM və Mərkəzi Asiya Əlaqələndirmə və Məlumat Mərkəzi ilə sıx əməkdaşlıq edir. Ə. Həsənov bildirib ki, narkomanlıq və narkotiklərlə mübarizədə indiyə qədər məlum olan üsullara yenidən baxmaq lazımdır, çünki narkomafiya öz mənafelərini, bazarlarını, müştərilərini qoruyub saxlamaq üçün yeni yollar axtardığı kimi, ona qarşı mübarizə də təkmilləşməlidir.
Sonra Ə. Həsənov Azərbaycan ərazisinin narkotrafikinq üçün istifadə edilməsinin qarşısının alınmasında ölkəmizin müvafiq orqanlarının rolundan danışıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu qeyd edən baş nazirin müavini ölkənin 10 milyon əhalisinin bir milyonunun qaçqın və məcburi köçkün olmasını diqqətə çatdırıb: “Təcavüz nəticəsində dövlət sərhədimizin cənub hissəsinin 132 kilometri Ermənistanın nəzarəti altındadır. İşğal olunmuş ərazilərdə ermənilər tərəfindən narkotik maddələr əkilib-becərilir, xüsusi laboratoriyalarda emal edilir və müxtəlif ölkələrə göndərilir. Bu problemlə bağlı Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən kifayət qədər məlumat bazası toplanılıb və BMT-nin müvafiq strukturlarına təqdim edilib. Narkotiklər probleminə qarşı mübarizənin əsasında dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi durur və bununla əlaqədar, Azərbaycan dünya ictimaiyyətini BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxmasını tələb edən 4 qətnaməsinin icra edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır”.
Ə. Həsənov bundan sonra da Azərbaycanın narkotiklərlə mübarizədə qonşu və digər dövlətlərlə məlumat və təcrübə mübadiləsi istiqamətində sıx əməkdaşlıq edəcəyini vurğulayıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info