Fransada ermənilər Didye Şodenin məqalələrini yaymaqdan niyə imtina ediblər ?
Tarix: 20.04.2016 | Saat: 18:31:00 | E-mail | Çapa göndər


Aprelin ilk günlərində Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı hadisələr Avropa ölkələrinin çoxunda, xüsusən də Fransa cəmiyyətində böyük həyəcan yaradıb. Baş verən hadisələrin gedişi, səbəbləri və nəticələri Fransa ictimai- siyas mühitində və Fransa mediasında genişişıqlandırılır. Ənənəvi olaraq media orqanları vasitəsilə manipulyasiya etməyə və dezinformasiyalar yaymağa müvəffəq olan ermənilər və ermənipərəst qüvvələr bu dəfə çətinliyə düşüblər. Azərbaycan həqiqətləri və xüsusilə, Dağlıq Qarabağ hadisələri haqqında Fransa cəmiyyətində getdikcə daha çox yer alan obyektiv məlumatlar Fransada yaşayan erməni diasporasını rahatsız etməyə başlayıb. Frans ateleviziya kanallarında və mətbuatın da regiondakı reallıqları düzgün əksetdirən və Azərbaycanın mövqeyini dəstəkləyən hər hansı bir məlumat dərhal ermənilər tərəfindən etirazla qarşılanır.
Bu günlərdə Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini mətbuatda açıqlamaq istəyən fransalı politoloq Didye Şodenin kiçik həcmli məqalələri bir çox redaksiyalarda işləyən erməni jurnalistlər tərəfindən əsl senzuraya məruz qalıb və onun məqalələrini yaymaqdan imtina ediblər.
Nəhayət, söz azadlığı prinsiplərinə sadiqlik nümayiş etdirərək cənab Şodenin məqalələrini öz səhifələrində yerləşdirmiş «Reforme» analitik xəbər portalı isə çoxsaylı ermənilər tərəfindən amansız təhdidlərə məruz qalıb. İş o yerə çatıb ki, redaksiya rəhbərliyi müəllifdən üzr istəyərək məqalələri öz saytından çıxarmaq istəyib. Lakin müəllif Didye Şodenin təkidli xahişlərindən sonra redaksiya onun məqalələrini öz saytında saxlamaq qərarına gəlib.
P.S. Bu barədə məlumat verən Milli Məclisin üzvü, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun üzvü Cavanşir Feyziyev həmin məqalələrin tərcüməsini təqdim edib. Fransız və ingilis dillərini bilən oxucular reforme@reforme.net və n.leenhardt@reforme.net ünvanlarına yazmaqla məqalələrdə ifadə olunan fikirlərə münasibətini və müəllif Didye Şode-yə ( Mr Didier Chaudet ) öz təşəkkürlərini bildirə bilərlər.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“WhatsApp” mesaj göndərişlərini məhdudlaşdırıb
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info