Hərbi-tibbi təlim toplantısı keçirilib
Tarix: 20.04.2016 | Saat: 19:22:00 | E-mail | Çapa göndər


 "N" saylı hərbi hissənin tərkibində fəaliyyət göstərən mobil səhra hospitalında Silahlı Qüvvələrin tibb zabitlərinin və Səhiyyə Nazirliyi nümayəndələrinin hərbi-tibbi təlim toplantısı keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət himni səsləndirilib.
 
Toplantıda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev çıxış edərək bildirib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrimiz daha da möhkəmlənib və regionun ən güclü ordusuna çevrilib. Bu uğurlar hərbi səhiyyəmizi də geniş əhatə edib. Müasir tələblərə cavab verən, yeni avadanlıqla təchiz olunan hospitallar, poliklinikalar, tibb məntəqələri tikilərək istifadəyə verilib.

Müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları, diaqnostik stomatoloji, laborator kabinələr, yaralıların təxliyəsi üçün müasir reanimobillər və ambulanslar alınıb.
 
"Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən bu işlər daha uğurla davam etdirilir. Maddi-texniki baza təkmilləşdirilir, tibbi-hərbi hissə və müəssisələr müasir tibbi avadanlıqla təmin edilir. Beynəlxalq əlaqələrimiz də genişləndirilir. Həkimlərimiz Türkiyədə, Almaniyada, ABŞ-da və digər ölkələrdə müxtəlif tədbirlərdə iştirak edirlər", - deyə N.Əliyev əlavə edib.
 
Bildirilib ki, Silahlı Qüvvələrin Tibb Baş İdarəsinin Respublika Səhiyyə Nazirliyinin nəzdində olan səhiyyə müəssisələri ilə sıx əməkdaşlığı nəticəsində son günlər ölkəmizə qarşı düşmənin törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçularımıza yüksək tibbi xidmətin göstərilməsində nazirliyin mütəxəssislərinin xidmətləri də əvəzsizdir. Göstərilən yardıma görə Səhiyyə Nazirliyinin rəhbərliyinə, eləcə də bütün həkim kollektivlərinə minnətdarlıq ifadə edilib.

Sonra tibb xidməti polkovniki Famil Babayev, tibb xidməti polkovnik-leytenantı Vüsal Rəcəbli, tibb xidməti kapitanı Xalidə Abbasova müasir tibb elminin nailiyyətləri, inkişaf etmiş ölkələrin təcrübələrindən bəhrələnərək onların tətbiqi, hərbi qulluqçuların sağlamlığının qorunmasının vacibliyi və digər mövzularda məruzələrlə çıxış ediblər.
 
Toplantıda Gəncə, Mingəçevir, Naftalan, şəhərlərinin, eləcə də Bərdə, Tərtər, Yevlax rayonlarının və səhiyyə ocaqlarının nümayəndələri iştirak ediblər.
 
Sonda toplantı iştirakçıları mobil səhra hospitalında yaradılan müasir tibbi şəraitlə tanış olublar.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info