Multikulturalizmin Azərbaycan modeli dünya ölkələrinə gözəl örnəkdir
Tarix: 20.04.2016 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


AŞPA-nın yaz sessiyasında Azərbaycanın bu təşkilatdakı nümayəndə heyətinin üzvü və qadınlara qarşı zorakılıqla mübarizə üzrə Assambleyanın baş məruzəçisi Sahibə Qafarovanın “Avropada antisemitizmə qarşı mübarizə üzrə yenilənmiş öhdəlik” adlı məruzəsi dinlənilib.Dünya ictimaiyyətinin bu gün çətin suallarla üzləşdiyini bildirən S.Qafarova bir tərəfdən baş verən qlobal proseslərin iqtisadiyyata vurduğu ağır zərbələr və böhranın fəsadlarının, digər tərəfdən siyasi müstəvidə baş verən qarşıdurmaların ictimaiyyəti ciddi narahat etdiyini bildirib. Qeyd edib ki, eyni zamanda, dini, irqi zəmində ayrı-seçkilik və onun şərtləndirdiyi dərin kataklizm və terror dalğalarının yaratdığı narahatlıqlar getdikcə artır. Ona görə də əməkdaşlıq, fərqli dəyərlərə qarşılıqlı hörmət bu gün bəlkə də heç vaxt olmadığı qədər dəyərli və vacibdir. Dinin bu qədər istismar olunduğu, müxtəlif təhdidlərin əsas məqsədi kimi göstərildiyi, bəzi maraqlı qrupların xalqlar arasına ciddi nifaq toxumları səpməyə cəhd etdiyi indiki şəraitdə dinlər və mədəniyyətlər arasında dialoq vacibdir.
Bildirilib ki, dini dözümlülük, fərqli dinlərə qarşı tolerant münasibət müasir dünyada təhlükəsizliyin təmin olunmasının çox əhəmiyyətli şərtlərindəndir.
Deputat bugünkü hesabatda göstərildiyi kimi, antisemitizmin, ksenofobiyanın Avropa ictimaiyyətini narahat edən əsas məsələ olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan öz multikultural dəyərləri, tolerantlıq mühiti ilə haqlı olaraq öyünür. Çünki əsrlərdən bəri Azərbaycanda bir çox millətlərin, dinlərin nümayəndələri mehribanlıq və əmin-amanlıq şəraitində yaşayırlar. Ölkəmizdə milli, dini zəmində heç bir qarşıdurma yaşanmayıb və möhkəm əsaslara söykənən multikulturalizm mühiti və barış mövcuddur. Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Ölkəmizdə müsəlmanlar, xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Bu gün Azərbaycanda 2054 məscid, 13 kilsə var. Ölkəmizdə xristianlığın ayrı-ayrı cərəyanlarının icmaları sərbəst şəkildə fəaliyyət göstərir. Azərbaycanda 7 sinaqoq, 4 gürcü, hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub saxlanılan erməni kilsəsi fəaliyyət göstərir. Təkcə elə bu fakt Azərbaycan xalqının tolerantlığının bariz göstəricisidir.
Bildirilib ki, dünyada yəhudilərin azad şəkildə öz dini inanclarını icra etdiyi ölkələr içərisində Azərbaycan birinci yerdədir və yəhudilərin İsraildən sonra ən azad dini icma şəklində fəaliyyət göstərdiyi ölkədir. Azərbaycan dövləti ölkədəki xristian və yəhudi icmalarına böyük diqqət və qayğı göstərir, onların dini inanclarını icra etmələri üçün hər cür şərait yaradır. Azərbaycanda yəhudilərin və xristianların dini və milli bayramları qeyd olunur, ölkə başçısı hər bayram ərəfəsində bu icmalara təbrik məktubu ünvanlayır. Sovet hakimiyyəti dövründə dağıdılmış kilsə və sinaqoqlar müstəqillik illərində Azərbaycan dövləti tərəfindən yenidən qurulub və təmir edilib. Azərbaycanın ən böyük yəhudi sinaqoqu dövlət vəsaiti hesabına təmir edilib, yəhudilər ölkənin ictimai həyatının bütün sahələrində, o cümlədən təhsil, səhiyyə, hərbi və digər sahələrdə fəal iştirak edirlər.
S.Qafarova ölkəmizdəki bu yüksək barış və sabitlik mühitini vurğulayaraq, Azərbaycan xalqının bu gün sahib olduğu multikultural dəyərlərlə fəxr etdiyini bildirib. O vurğulayıb ki, Azərbaycanın təqdim etdiyi multikulturalizm modeli, fərqli dinlərin və millətlərin nümayəndələrinə yüksək ali dəyərlərə söykənən münasibəti bu gün dünyada sabitliyi təhdid edən ünsürlərin artdığı bir vaxtda çox əhəmiyyətli olması ilə bərabər, dünya ölkələrinə gözəl bir örnəkdir. AZƏRTAC

Təhminə




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info