Tələbə və müəllimlərdən pambıqçılığın inkişafına dəstək
Tarix: 20.04.2016 | Saat: 20:40:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin ölkəmizdə pambıqçılığın əvvəlki şöhrətinin qaytarılması və bu sahənin inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələr Aqrar Universitetin professor-müəllim, eləcə də tələbə heyəti tərəfindən rəğbətlə qarşılanıb. Bu təşəbbüsə qoşulan aqronomluq fakültəsinin müəllim və tələbələri tədris müəssisəsinin təcrübə sahəsində pambıq səpini həyata keçiriblər. Universitetin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimli  bildirib ki, məqsəd məhsuldar pambıq sortlarının müqayisəli öyrənilməsi, daha mütərəqqi becərilmə texnologiyasını tədqiq edərək məhsuldarlığı yüksəltmək, əldə olunan uğurlu nəticələri fermer təsərrüfatları arasında yaymaq və ölkədə pambıqçılığın inkişafına yardım etməkdir. Təcrübəyə əsaslanan tədris metodunun üstünlüklərindən danışan Qalib Rəhimli qeyd edib ki, hazırda universitetin aqronomluq fakültəsinin tələbələri tarla-təcrübə işlərində torpağın hazırlanmasından məhsul yığımına qədərki bütün aqrotexnoloji əməliyyatlarda yaxından iştirak edirlər. Bu cür tədris metodu tələbələrin praktik vərdişlərinin artmasına müsbət təsir göstərməklə yanaşı, onların peşəkar, yüksək ixtisaslı kadrlar kimi yetişməsinə böyük stimul verir.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Azərbaycanda mebel istehsalı 46 faiz artıb
26.06.2019
Azərbaycan tolerant ölkədir və milli dəyərlərin qorunub saxlanılmasına böyük önəm verir
25.06.2019
Azərbaycanda vergidən azad edilən malların siyahısı artırılır
25.06.2019
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və FAO arasında əməkdaşlıq imkanları müzakirə edilib
25.06.2019
Azərbaycan-Monteneqro biznes forumu keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info