Müxalifətin daha bir yalanı ifşa edildi
Tarix: 20.04.2016 | Saat: 21:27:00 | E-mail | Çapa göndər


Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti müxalifətin onların tədbirini yanlış təqdim etməsi haqda bəyanat yayıb.Bəyanatda deyilir: ”Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin diqqətinə çadırırırq ki, aprelin 17-də bizim təşkilatçılığımızla Almaniyanın Düsseldorf şəhərində aprel ayının ilk günlərində Ermənistan Ordusunun Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədi ilə aksiya keçirilib. Aksiyada bu ölkədə yaşayan azərbaycanlı və türklər iştirak edib.
Etiraz mitinqində “Qarabağ Azərbaycanındır!”, “Xocalı Soyqırımını unutmayaq!”, "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır" kimi şüarlar səsləndiriblər. Aksiyada çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər. İştirakçılar, eyni zamanda, qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.
Lakin, Azərbaycanda fəaliyyət göstərən müxalif yönümlü “Azadlıq” qəzetinin 18 aprel buraxılışında və qəzetin internet səhifəsi www.azadliq.info –da yayılan informasiyada sözügedən aksiyanın məzmun və məqsədi yalnış şəkildə təqdim edilib, aksiya ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar qeyd olunub.
Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq belə həssas mövzuların siyasiləşdirilməsinin yolverilməz olduğunu nəzərinizə çatdıraraq bildiririk ki, bu cür əsassız, həqiqətə uyğun olmayan məlumatların yayılması Azərbaycanın milli və dövlətçilik maraqlarına zidddir. Həmçinin, Düsseldorfda yaşayan və sözügüdən aksiyada iştirak edən azərbaycanlılar da Azərbaycanda fəaliyyət göstərən bəzi KİV-lərinin bu cür yalnış məlumatlar yaymasından dərin narahatlığını bildirir, Azərbaycan dövləti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edən həssas mövzularda birlik və həmrəylik göstərmək əvəzinə, baş verənlərin əsassız şəkildə siyasiləşdirilməsini qəti şəkildə qınayır. Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq Düsseldorfda yaşayan və aksiyada iştirak edən azərbaycanlılar adından sözügedən KİV-lərə kəskin şəkildə etiraz edir, yayılan yalnış məlumatlarla bağlı təcili olaraq təkzib verilməsini tələb edirik.”




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info