“Cüdo yığmamız Avropa çempionatına hazırdır”
Tarix: 21.04.2016 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


“Bu turnirə yanvardan hazırlaşırıq. Avropa çempionatı Olimpiada ərəfəsində ilin son yarışlarından biridir”. Bunu Azərbaycan millisinin cüdoçusu Elxan Məmmədov deyib. Dünya çempionumuz aprelin 21-dən 24-dək Rusiyanın Kazan şəhərində keçiriləcək Avropa çempionatı öncəsi fikirlərini açıqlayıb. 100 kq çəki dərəcəsində mübarizə aparacaq
Məmmədov bildirib ki, kapitanı olduğu komanda yarışa hazırdır: “Braziliya, Kuba, Fransa və Almaniyada təlim-məşq toplanışları keçmişik, tam gücümüzlə hazırlaşmışıq. Artıq yarış vaxtı yaxınlaşıb. Komanda, demək olar ki, hazırdır. Güclü heyətə malikik. Hər bir çəkidə güclü idmançılarımız var. 60 kq çəki dərəcəsində Orxan Səfərov, İlqar Müşkiyev, 66 kq-da Tərlan Kərimov, 73 kq-da Rüstəm Orucov, 81 kq-da Əbdülhaqq Rəsullu, 90 kq-da Məmmədəli Mehdiyev, 100 kq-da Elmar Qasımov və mən mübarizə aparacağıq. Ağır çəkidə isə Uşanqi Kokauri yarışacaq. Bu idmançıların hər biri Avropa və dünya çempionatlarında yaxşı nəticələr göstərmiş cüdoçulardır. Bu səbəbdən də yığmanın bütün üzvlərindən yüksək nəticə gözləmək olar. Tam gücümüzlə yarışa hazırıq və məqsədimiz uğurlu çıxış etməkdi”. Qeyd edək ki, Avropa çempionatında qadınların yarışında isə Aişə Qurbanlı (48) mübarizə aparacaq.




 
Bölməyə aid digər xəbərlər
24.06.2019
“Ramal Aslanov sırf Azərbaycan kikboksinq məktəbinin yetirməsidir”
24.06.2019
Sərbəst güləş üzrə yığmamız Avropa ikincisi olub
24.06.2019
Sabir Cəfərov erməniyə qalib gələrək çempion olub
23.06.2019
Lüis Hemilton mövsümün 8-ci Qran-Prisinin qalibi olub
23.06.2019
Akrobatika gimnastlarımız “Minsk 2019“da üçüncü medalı qazanıblar

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info