BMT Ekvador sakinlərinə yardımı davam etdirir
Tarix: 21.04.2016 | Saat: 00:31:00 | E-mail | Çapa göndər


Dünya Ərzaq Proqramı (DƏP) ötən şənbə günü Ekvadorda baş vermiş güclü zəlzələdən zərər çəkmiş səkkiz min sakin üçün qida məhsulları göndərib. Təbii fəlakət nəticəsində bu ölkədə 400-dən çox insan həlak olub, 2658 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Minlərlə insan evsiz-eşiksiz qalıb, bütün əmlakını itirib.
Ekvador hökumətinin xahişi ilə Dünya Ərzaq Proqramı bu ölkənin hakimiyyət orqanları ilə birlikdə yaxın 15 gündə 8 min nəfər üçün kifayət edəcək həcmdə ərzaq məhsulları ilə dolu yük maşınları dəstəsini təbii fəlakət rayonlarına göndərib. Yaxın vaxtlarda daha 12 min sakin üçün ərzaq yardımı göndəriləcək. Ərzaq payları xəstəxanalara da çatdırılacaq. BMT baş katibinin müavini, BMT-nin fövqəladə yardımlarının əlaqələndiricisi Stiven O’Brayen Ekvadora gəlib. Ölkədə təbii fəlakətin nəticələrinin hesablanması üzrə komanda artıq işə başlayıb. Komandaya daxil olan on beş ekspert xilasetmə əməliyyatlarının əlaqələndirilməsində yerli hakimiyyət orqanlarına kömək etməli, habelə onlara informasiya dəstəyi verməlidir. BMT Uşaq Fondundan (UNICEF) verilən məlumata görə, Ekvadorda zəlzələ nəticəsində 150 min uşaq bu və ya digər dərəcədə zərər çəkib. Hökumətin ilkin hesablamalarına görə təbii fəlakət nəticəsində 119 məktəb binası zədələnib. Bu məktəblərdə oxuyan şagirdlərin ümumi sayı 88 min nəfərdir. Zəlzələ zamanı təxminən 805 bina dağılıb, 608 tikili ciddi zədələnib. Portovyexo və Çono şəhərlərində iki xəstəxana tamamilə dağılıb. Belə təbii fəlakətlərdən sonra çox vaxt yoluxucu xəstəliklər yayılır. Hazırda UNICEF əməkdaşları uşaqları bu xəstəliklərdən qorumağa çalışırlar. Ölkənin sahilyanı zonalarında yaranmış vəziyyət UNICEF-i xüsusilə narahat edir, çünki həmin zonalarda bir tərəfdən də Zika və Denqe qızdırmaları, həmçinin malyariya və Çikunqunya virusu tüğyan edir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info