Azərbaycan və İran arasında dəmir yolu körpüsünün təməli qoyulub
Tarix: 21.04.2016 | Saat: 00:36:00 | E-mail | Çapa göndər


Prezidentin İrana sonuncu səfəri çərçivəsində imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq, aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.
Təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də Azərbaycan və İranın aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər. Ş. Mustafayev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan ərazisində Astara dəmir yolu stansiyasından İranın sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan işlərlə tanış olub, yolun torpaq yatağına baxıblar. Hazırda ərazidə 100-ə yaxın texnika işləyir. Əraziyə 20 min kubmetr qum, 17 min kubmetr daş, 30 min kubmetr çınqıl gətirilib. Tədbirdə çıxış edən Ş. Mustafayev Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, möhkəm təməllər üzərində qurulan çox şaxəli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Nazir bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi, eləcə də qarşılıqlı səfərləri və keçirilən görüşləri mühüm rol oynayır: "Azərbaycan Prezidentinin 23 fevral tarixində İrana səfəri və bu səfər çərçivəsində imzalanmış sənədlər əlaqələrimizin inkişafında, xüsusilə əhəmiyyətlidir. Bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün tikintisi də məhz həmin səfər zamanı imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və ölkələrimizin dəmir yolu qurumları arasında Müqaviləyə uyğun olaraq reallaşdırılacaq. Dövlət başçılarının həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət və aparılan islahatlar ölkələrimizin inkişafına xidmət etməklə bərabər, ikitərəfli və transmilli layihələr üzrə daha fəal əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Azərbaycan və İran nəqliyyat sahəsində, eləcə də alternativ dəhlizlərlə müqayisədə tranzit vaxtı və xərclər baxımından rəqabətqabiliyyətli olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində fəal əməkdaşlıq edir. Dəhliz vasitəsilə Hindistandan Rusiya və Avropaya, habelə əks istiqamətdə daşımaların həyata keçirilməsi planlaşdırılır ki, bu da hər il milyonlarla ton yükün ölkələrimiz üzərindən tranzit keçidi deməkdir. İlkin mərhələdə dəhliz vasitəsilə 5 mln. ton, növbəti mərhələdə isə 10 mln. tondan artıq yükün daşınması proqnozlaşdırılır. Bu isə ölkələrimizin tranzit potensialının reallaşdırılmasında, əlavə gəlirlər əldə olunmasında, yeni iş yerlərinin yaradılmasında və ölkələrimizin regionda iqtisadi mövqelərinin daha da möhkəmləndirilməsində önəmli olacaqdır". Nazir qeyd edib ki, tikintisi planlaşdırılan dəmir yolu körpüsü isə ölkələrimiz arasında yük dövriyyəsinin artımına səbəb olacaq. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olacaq dəmir yolu körpüsünün eni 10 metr, uzunluğu isə 82 metr olacaq. 3 aşırımlı və 4 dayaqlı olmaqla layihələndirilən körpünün üzərində hər 2 istiqamətdə qatarların hərəkətinin təmin olunması məqsədilə iki xətt quraşdırılacaq. Dəmir yolu körpüsünün tikintisi xərcləri Azərbaycan və İran tərəfindən bərabər paylarla ödəniləcək. Körpünün tikintisinin 2016-cı ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. Bu, dəhlizin birinci mərhələsi hesab olunan Azərbaycanın ərazisində Astara dəmir yolu stansiyasından İran sərhədinə kimi 8,3 km-lik yolun, İran tərəfində 1,7 km-lik dəmir yolu xəttinin və yükaşırma terminalının tikintisi işlərinin tamamlanacağı vaxt ilə üst-üstə düşür. Bununla da, ölkələrimizin dəmir yolu şəbəkələrinin birləşdirilməsinə və dövlət başçılarının qarşımızda qoyduğu vacib və tarixi bir missiya həyata keçirilmiş olacaq. Ş. Mustafayev Azərbaycanın gələcəkdə də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranla fəal əməkdaşlığını davam etdirəcəyini və dəhlizin mümkün qısa müddətdə inkişafı və əlverişliyi istiqamətində aktiv tədbirlər görüləcəyini vurğulayıb. İranın rabitə və informasiya texnologiyaları naziri iki ölkə prezidentlərinin ölkələrimiz arasında əlaqələrin inkişafını daim diqqətdə saxladığını, bu gün təməli qoyulmuş dəmir yolu körpüsünün də məhz hər iki ölkə rəhbərinin siyasi iradəsinin və əməkdaşlığın inkişafına verdikləri önəmin göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Astara çayı üzərində dəmir yolu körpüsü Azərbaycan və İran arasında iqtisadi və ticarət əlaqələrinin daha da inkişafında, xüsusilə yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsinə əhəmiyyətli olacaq.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Əlverişsiz hava şəraiti Biləsuvar və Cəlilabadda nəqliyyatın hərəkətini çətinləşdirib
23.01.2019
Laçınlı arıçılara 63 min 650 manat subsidiya ödənilib
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info