“Sahibkarlar yeni iş yerlərinin yaradılması üçün çox ciddi iş görməlidir”
Tarix: 21.04.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Əhməd Abbasbəyli: “Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi yeni iş yerlərinin açılmasında mühüm rol oynayır”

Bütün demokratik ölkələrdə olduğu kimi, işsizliyin aradan qaldırılması, sosial sahənin inkişafı, hər bir vətəndaşın sosial müdafiəsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılır. Təqdirəlayiq haldır ki, son illərdə ölkənin dinamik iqtisadi inkişafı sosial sahəyə də təsirsiz ötüşməyib. Azərbaycan iqtisadiyyatında həyata keçirilən köklü dəyişikliklər ölkədə iqtisadi inkişafı təmin etməklə bərabər, əhalinin sosial müdafiəsini gücləndirmək üçün möhkəm zəmin yaradıb.
Dövlətin məqsədi yeni iş yerləri açmaqla böyük sosial problemləri həll etməkdir. İndiki vəziyyətdə yeni müəssisələrin yaradılması, qeyri-neft sektorunun inkişafı hesabına işsizliyin aradan qaldırılması əsas xətt kimi götürülüb. Yeni iş yerlərinin açılması üçün dövlət tərəfindən praktiki addımlar atılır. Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına vəqarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev öz nitqində Azərbaycanda iqtisadiyyatı şaxələndirmək üçün bu siyasətin davam edəcəyini deyib. Sosial siyasətin həmişə prioritet olduğunu vurğulayan Prezident deyib ki, iş yerlərinin yaradılmasının yeni formaları artıq işə düşür: “Yeni iş yerlərinin yaradılması daha çox dövlət sektorunda baş verib. 37 min yeni iş yeri yaradılıb. Onlardan 31 mini daimi iş yeridir.Əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə Prezident tərəfindən 25-dən artıq fərman və sərəncam imzalanıb. Bütün iqtisadi islahatlar, uğurlu neft-qaz siyasəti də bu məqsədi güdür ki, insanlar daha da yaxşı yaşasınlar. Çox güclü sosial siyasət aparılır ki, iqtisadi islahatlar həyata keçirilərkən insanlar bundan əziyyət çəkməsinlər. Əmək qabiliyyətli vətəndaşlar, gənc vətəndaşlar təklif edilən işlərdə işləməli, maaş qazanmalı və öz həyatlarını qurmalıdır.
Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İctimai Birliyinin sədri, sosioloq Əhməd Abbasbəyli bizimlə söhbətində dedi ki, sosial-iqtisadi inkişaf üçün əsas diqqəti yeni iş yerlərininaçılmasına yönəltmək lazımdır: “Bir çox hallarda bu məsələdə əsas vəzifənin yenə də dövlət orqanlarının üzərinə düşdüyü bildirilir. Əslində, hər şeyin dövlətin üzərinə atılması nə dərəcədə düzgündür? İstənilən halda yeni iş yerlərinin açılmasını yalnız dövlətin üzərinə atmaq uğurlu nəticə deyil. Özəl sektor da bu məsələyə diqqət yetirməlidir. Son zamanlar dövlətin sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar daha da intensivləşib. Belə ki, sahibkarlara kreditlər, subsidiyalar verilir. Lakin, bəzən burada da müəyyən problemlər olur. Bu yaxınlarda bir neçə sahibkar Vergilər Nazirliyinə müraciət etmişdi ki, onlardan qeyri-qanuni ödənişlər tələb olunur. Əlbəttə ki, sahibkarlara qarşı belə münasibət onların işində narazılıq yaradır. Bu da yeni iş yerlərinin açılmasına mane olur. Yeni iş yerlərinin açılması üçün sahibkarlıq subyektlərinin fəaliyyətində dönüş yaratmaq lazımdır. Sahibkarlar özləri də yeni iş yerlərinin yaradılması prosesində aktiv olmalıdır. Sahibkarlar bu baxımdan çox ciddi iş görməlidirlər”.
Əhməd Abbasbəyli Azərbaycanda ilk dəfə sosial mənzillərin tikintisi proqramının icra olunmasını əhalinin sosial rifahının yüksəldilməsi üçün atılan əhəmiyyətli addım kimi qiymətləndirdi: “Əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir. Sosial evlərin tikilməsi də məhz bu məqsədə xidmət edir. Bu proqramda diqqətçəkən məqam sosial evlərin yalnız Bakıda deyil, rayonlarda da tikilməsidir. Çox müsbət haldır ki, belə olduqda rayon əhalisinin Bakıya axınının qarşısı alınacaq. Xüsusilə elə sosial evlər rayon ərazilərində tikilməlidir ki, gənc ailələr yeni evlərlə təmin olunsun. Eyni zamanda rayonlarda yeni iş yerləri yaradılsa, bu, regionların sosial inkişafına təkan verəcək”.
Əhməd Abbasbəyli yeni iş yerlərinin yaradılmasında kənd təsərrüfatı sahəsinin də inkişaf etdirilməsinin vacib amil olduğunu vurğuladı: “Bu sahənin də inkişafı yeni iş yerlərinin açılmasında mühüm rol oynayır. Azərbaycan əhalisinin aqrar sahədə işləmək təcrübəsi var. Dövlət kənd təsərrüfatının inkişafı üçün xüsusi proqramlar həyata keçirir. Lakin hələ də bu sahə istənilən səviyyədə deyil. Xüsusən regionlarda istifadəsiz qalan torpaqlarda da əkin aparılmalıdır. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Kənd təsərrüfatı üçün yararlı torpaqlar istifadəsiz qalmamalıdır. Dövlət başçısı da öz çıxışında bu məsələyə toxundu. Dünya təcrübəsində belədir ki, kim özünün böyük torpaq sahələrini müəyyən müddət istifadəsiz saxlayırsa, həmin insana qarşı inzibati tədbirlər görülür. Bu təcrübəni Azərbaycanda da tətbiq etmək olar”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info