Heyvandarlıq və quşçuluğun inkişafı üçün qarğıdalı plantasiyası salınır
Tarix: 21.04.2016 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Göyçayda heyvandarlıq və quşçuluğun inkişafı üçün ilk dəfə qarğıdalı plantasiyası salınır.
Rayon icra hakimiyyətindən bildiriblər ki, Göyçayda kənd təsərrüfatı sahəsində yerli məhsul istehsalı hesabına xammalın əldə edilməsi və süni qiymət artımının qarşısının alınması üçün heyvandarlıq və quşçuluqda ən vacib qida məhsulu sayılan qarğıdalı əkininə maraq artıb. Dənli bitkilər arasında qarğıdalı daha çox gəlirli olduğu üçün fermerlər bu sahəyə daha çox üstünlük verirlər. Bu il Göyçayda yerli sahibkarlar tərəfindən ilk dəfə olaraq 150 hektar sahədə qarğıdalı əkininin aparılması nəzərdə tutulub. Artıq bu günədək sahələr şumlanıb, arat olunub, hazırda isə əkin işləri aparılır. Bu günədək 100 hektar sahədə toxum səpini aparılıb.
Fermerlər məhsuldarlığın yüksək olması üçün toxumu xarici ölkələrdən gətizdiriblər. Rayonda qarğıdalı əkini zamanı əsasən Türkiyədən gətirilən “Hacıbəy” sortuna üstünlük verilir. Kəndli fermerlərin sözlərinə görə “Hacıbəy” qarğıdalı sortu yay aylarında havaların həddindən çox isti keçdiyi zaman quraqlığa dözümlü olur. Bir hektar əraziyə 15 kiloqram toxum səpilir. Sahələrə lazımi aqrotexniki qulluq göstərən kəndlilər bir hektar qarğıdalı sahəsindən 120-130 sentner məhsul götürəcəklərinə ümid edirlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10455

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info