İsmayıl Rüştü Cirit Naxçıvanla tanış olub
Tarix: 21.04.2016 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində qədim diyarın tarixi-memarlıq abidələri, muzeyləri, görməli yerləri ilə tanış olub.AZƏRTAC xəbər verir ki, türkiyəli qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.Qonaqlar muzeydə Ümummilli Liderin həyatının müxtəlif dövrlərini əks etdirən stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid rəsmi sənəd və materiallara, məktublara, Azərbaycanın müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, Ulu Öndərə məxsus şəxsi əşyalara baxıblar.Duzdağ Fizioterapiya Mərkəzi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, 1979-cu ildə qədim duz mədənlərinin bazasında yaradılan bu mərkəz təbii müalicə ocağıdır. Buradakı duz şaxtalarında bronxial-astma və tənəffüs yollarının qeyri-spesifik xəstəliklərindən əziyyət çəkən insanlar müalicə olunurlar. Xəstələrə həkimlər tərəfindən müxtəlif müalicə kursları tətbiq edilir.Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi də qonaqların böyük marağına səbəb olub.Naxçıvan Biznes Mərkəzində nümayəndə heyətinə muxtar respublikanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər barədə məlumat verilib. Bildirilib ki, mərkəzdə yerli məhsullar sərgilənir. Burada hazırda 86 müəssisənin 300-dən çox növdə və 1000-ə yaxın çeşiddə məhsulu nümayiş olunur. Sahibkarlığa göstərilən dövlət qayğısı sayəsində muxtar respublikada ümumi daxili məhsul istehsalında özəl sektorun payı 87 faizi ötüb.“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində türkiyəli qonaqlara Naxçıvan şəhərinin tarixi, arxeoloji abidələri haqqında ətraflı məlumat verilib. Onlar, həmçinin “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində də olublar.Türkiyə Respublikası Ali Məhkəməsinin sədri İsmayıl Rüştü Ciritin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info