Müharibə veteranları Prezidentə minnətdarlıq ediblər
Tarix: 21.04.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin aprelin 20-də imzaladığı “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncam veteranlar tərəfindən sonsuz razılıq hissi ilə qarşılanıb. Ehtiyatda olan general-mayor Dadaş Rzayev bununla əlaqədar Respublika Veteranlar Təşkilatının rəyasət heyəti adından dövlətimizin başçısına təşəkkür məktubu ünvanlayıb. Məktubda veteranlara yüksək diqqət və qayğının əsasının hələ sovet dövründə ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu bildirilib. Müstəqilliyimizin bərpasından sonra xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin humanist siyasətinə sadiq qalaraq imzaladığı ilk sənədlərdən biri olan “Veteranlar haqqında” Qanunda bu qayğının hüquqi bazasının yaradıldığı və bu istiqamətdə dövlət siyasətinin əsasının qoyulduğu qeyd edilib. Ulu Öndərin veteranlara göstərdiyi diqqət və qayğının bu gün dövlətimizin başçısı tərəfindən ardıcıllıqla yerinə yetirildiyi razılıq hissi ilə vurğulanıb: “Biz bunu Sizin 1941-1945-ci illər İkinci Dünya Müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya Müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barəsində imzaladığınız Sərəncamda da görürük”. Məktubda Azərbaycan Prezidentinin imzaladığı bu Sərəncamın Böyük Vətən müharibəsi iştirakçıları, ümumilikdə bütün veteranlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandığı diqqətə çatdırılıb. “Müharibə veteranlarına göstərdiyiniz qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Veteranlar həmişə Sizinlədir”, - deyə məktubda qeyd olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.09.2019
Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi müzakirə olunub
14.09.2019
Azərbaycan-Qazaxıstan dostluq parkının təməli qoyulub
14.09.2019
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranları DOST Agentliyində olub
14.09.2019
DİN Tovuzda keçmiş məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb
14.09.2019
Adam Draper ilə virtual reallıqda təlim təşkil olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info