Azərbaycanın əmək və sosial təminat sistemində islahatlar müsbət dəyərləndirilib
Tarix: 21.04.2016 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


İdris İsayev: “Azərbaycanda iqisadi inkişaf, sabitlik və rifah səviyyəsinin artması ölkədə çox müsbət demoqrafik vəziyyət yaradıb”

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) və İsveçin Pensiya Agentliyinin birgə təşkilatçılığı ilə Stokholm şəhərində (İsveç) keçirilən BSTA Avropa Regional Sosial Təminat Forumunda iştirak edib. BSTA-nın Avropadan olan üzv təşkilatlarının 80%-nin təmsil olunduğu bu mötəbər tədbir 50 ölkənin 100-ə qədər təşkilatı üzrə 335 nəfər yüksək vəzifəli siyasətçi və rəhbər şəxslərin, ekspertlərin, İKT sənayesi təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və b. iştirakı ilə keçib.
Nazir müavini İ.İsayev tədbir çərçivəsində Avropa Regional Sığorta Sammitinin panel iclasında çıxış edərək, dünya maliyyə böhranının dərinləşdiyi bir vaxtda yeni qlobal çağırışlara uyğun olaraq ölkəmizdə sosial-iqtisadi tərəqqinin davam etdirilməsi, əhalinin etibarlı sosial müdafiəsinin təmini yönündə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar barədə məlumatlar verib. Azərbaycanda ötən 10 ildə 4,7 dəfə iqtisadi artım əldə edildiyini, qeyri-neft sektorunun 8 dəfədən çox artaraq ÜDM-də payının 70%-i ötdüyünü qeyd edən İ.İsayev xam neftin qiymətinin 3-4 dəfədən çox düşdüyü, ölkəyə valyuta daxilolmalarının azaldığı şəraitdə məqsədyönlü islahatların həyata keçirildiyini diqqətə çatdırıb6 “Görülən tədbirlər nəticəsində bir tərəfdən ölkənin strateji valyuta ehtiyatlarının azalmasının qarşısı alınmaqla, digər tərəfdən milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırılması stimullaşdırılıb”.
Nazir müavini əhalinin sosial rifahı üçün yaranan risklərin qarşısının alınması, vətəndaşların alıcılıq qabiliyyətinin artırılması üçün görülən qabaqlayıcı tədbirlərdən bəhs edib, əmək haqlarının, əhalinin aztəminatlı hissəsinə yönələn sosial ödənişlərin artırıldığını, pensiyaların sığorta hissəsinin istehlak qiymətlərinə uyğun indeksləşdirildiyini diqqətə çatdırıb. İ.İsayev ölkədə bütün sosial proqramların tam icra olunduğunu, bu proqramların genişləndirilməsinə yönələn addımların atıldığını, sosial sığorta sistemindən ayrı olmaqla işsizlikdən sığorta sisteminin yaradılması işlərinin aparıldığını vurğulayıb. O əlavə edib ki, ötən dövrdə ölkədə sığorta və fərdi uçota əsaslanan müasir pensiya sistemi qurulub, bu sistemin daha da təkmilləşdirilməsi üçün yeni strategiya hazırlanıb. Pensiya təminatı sisteminin uzunmüddətli maliyyə dayanıqlığının, sosial-sığorta haqları və pensiyaların məbləği arasında uyğunluğun təmin edilməsi, qeyri-dövlət pensiya institutlarının inkişafı, əmək pensiyalarının yığım komponentinin könüllü artırılması və s. onun əsas məqsədləridir.
Ölkədə yoxsulluğun qlobal yoxsulluq səviyyəsindən 3 dəfə aşağı, yəni 5 faizədək azaldığını qeyd edən nazir müavini əhalinin yoxsul hissəsini əhatə edən ünvanlı dövlət sosial yardımı sisteminin tam avtomatlaşdırıldığını, tibbi-sosial ekspertiza sisteminin də elektronlaşdırıldığını diqqətə çatdırıb. İ.İsayev Ermənistanın Azərbaycanın 20% ərazisini işğal etməsi nəticəsində məcburi köçkünə çevrilmiş 1 milyondan çox insanın sosial təminat məsələlərinin (aylıq sosial ödənişlər, iş yerləri, yeni mənzillər və s.) də həll edildiyini qeyd edib, eləcə də Azərbaycanın bu sahədə gördüyü tədbirlərin miqrant böhranı ilə əhatə olunmuş Avropa ölkələri üçün yaxşı təcrübə olduğunu bildirib.

Nazir müavini ümumilikdə sosial müdafiə sahəsində strateji istiqamətlərin sosial təminat sisteminin çevikliyinin artırılması, aktiv sosial müdafiə proqramlarının genişləndirilməsi, sosial xidmətlər sahəsində “bir pəncərə” prinsipi üzrə e-xidmətlərin göstərilməsi və ş. olduğunu bildirib.
Son 12 ildə daha çox qeyri-neft sektorunun inkişafı hesabına respublikada 1,4 mln. yeni iş yerinin yaradıldığını, işsizliyin 4,9 faizədək azaldığını qeyd edən İ.İsayev əhalinin, o cümlədən gənclərin məşğulluq imkanlarının artırılması üçün görülən işləri, özünüməşğulluğa şərait yaradılması məqsədilə aktiv sosial müdafiə tədbirlərinin təşkili üçün vəsait ayrıldığını nəzərə çatdırıb.
Nazir müavini vurğulayıb ki, Azərbaycanda iqisadi inkişaf, sabitlik və rifah səviyyəsinin artması ölkədə çox müsbət demoqrafik vəziyyət yaradıb: “Dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda 65 və yuxarı yaşda olanlar ölkə əhalisinin 5,9 faizini təşkil edir. Respublika əhalisi müvafiq meyarlara görə gənc sayılır, yəni əhalinin 68,2 faizi 15-60 yaşda olanlardır ki, bu da dünya üzrə müvafiq göstəricidən 7 faiz yüksəkdir. Əgər inkişaf etmiş ölkələrdə əhalinin orta yaşı 40 yaşdan yüksəkdir, bizim əhalinin orta yaşı isə 28 yaşdır”. İ.İsayev bildirib ki, 2015-ci ildə respublika əhalisi 9,7 mln. nəfər təşkil edirdisə, 2020-ci ildə bu göstərici 10,1 mln. nəfərdən çox olacaq. İllik təbii artım əmsalı orta hesabla 1,3-dür”. Nazir müavini demoqrafik inkişaf şəraitində əmək ehtiyatlarından səmərəli istifadənin strateji vəzifələrdən olduğunu, bununla əlaqədar ölkədə yeni uzunmüddətli məşğulluq konsepsiyası hazırlandığını bildirib.
İ.İsayev MDB məkanında ilk dəfə Azərbaycanda qurulan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi, onun üstünlükləri, ölkədə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərin genişləndirildiyi barədə də məlumatlar verib, İKT-nin müasir və operativ idarəetmədə, fəaliyyət sahələrində şəffaflığın artırılmasında mühüm rolunu vurğulayıb.
Üç ildən bir keçirilən Forumda Avropa regionu üzrə müsbət təcrübə müsabiqəsinin nəticələri də açıqlanıb. Azərbaycanın “Çağrı mərkəzi vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı” adlı müsbət təcrübəsi müstəqil komissiya tərəfindən xüsusi sertifikata layiq görülüb və BSTA-nın Müsbət Təcrübələr məlumat bankına daxil edilib. Eyni zamanda BSTA Katibliyinin təklifi ilə Azərbaycanın mükafata layiq görülmüş təcrübəsi barədə təqdimat keçirilib.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Ramil Usubov İranda səfərdədir
24.09.2018
Prokurorluğun yaranmasının 100 illiyinə həsr olunmuş konfrans
24.09.2018
Azərbaycanlı qızlar Süni İntellekt üzrə Təhsil Düşərgəsində iştirak ediblər
24.09.2018
Ehtiyat zabit hazırlığı kursu üçün qəbul elan edilib
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info