Neftin qiyməti 46 dolları ötdü
Tarix: 21.04.2016 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Dünya birjalarında neftin qiyməti sürətlə artır. 
Hazırda Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar artaraq 44,47 dollar təşkil edib. 
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar artaraq 46,12 dollar olub. İlk öncə qeyd edək ki, Brent neftinin qiyməti ötən ilin dekabr ayından etibarən ilk dəfə olaraq 45 dolları ötüb. Neftin kəskin bahalaşmasına Beynəlxalq Enerji Agentliyinin açıqladığı hesabat səbəb olub. Agentliyin hesabatında bildirilir ki, 2016-cı ildə OPEC-ə üzv olmayan ölkələrdə neft hasilatı rekord dərəcədə aşağı düşəcək. Hesabat müəllifləri hesab edir ki, bu, bazarda balans yaradacaq.Agentliyin rəhbəri Fatih Birol qeyd edib ki, neftin qiymətinin aşağı olması son iki ildə investisiyaların 40%-dək azalmasına səbəb olub: "Bu hal daha çox ABŞ, Kanada, Latın Amerikası və Rusiyada müşahidə olunur. Bu il biz gündəlik 700 min barrel neftin hasil olunmasını gözləyirik ki, bu, son 25 ildə rekord dərəcədə aşağı göstəricidir. Bununla yanaşı, Hindistan, Çin və digər inkişaf etməkdə olan ölkələrdə tələb artır". Məhz bu hesabat və bəyanatdan sonra neftin qiymətində artım müşahidə olunmağa başlayıb.
Bununla yanaşı, ABŞ-da neft ehtiyatlarının həcminin gözləniləndən daha az olması birjaları canlandırıb. ABŞ-da neft ehtiyatları ilə bağlı açıqlanan məlumatlar da "qara qızıl"ın bahalaşmasına səbəb olan ikinci əsas amil kimi göstərilir. Belə ki, proqnozlara görə, ABŞ-da neft ehtiyatları 2,4 mln. barel artmalı idi. Amma bu ölkədə neft ehtiyatları gözləniləndən 0,3 mln. barel az, yəni 2,1 mln. barel artıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info