Bərdədə pambıqçılığın inkişafı istiqamətində tədbirlər görülür
Tarix: 21.04.2016 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


Rayonda 2416 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanıb.
Bərdə Rayon İcra Hakimiyyətinin akt zalında pambıq əkininin gedişinə həsr olunmuş müşavirə keçirilib. xəbər verir ki, müşavirədə inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən pambıq emalı zavodlarının nümayəndələri, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı müəssisələrinin rəhbərləri, pambıqçılıqla məşğul olan fermerlər, torpaq mülkiyyətçiləri iştirak ediblər.Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatlardan, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı sahəsində görülən tədbirlərdən danışıb.Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədov rayonda pambıq əkininin gedişi, bu sahədəki problemlər barədə məlumat verib. Bildirib ki, rayon sakinlərinin müvafiq təcrübəsi və peşəkarlığı, mövcud pambıq emalı zavodlarının potensialı bu sahənin inkişafına imkan yaradır. Odur ki, 2416 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla zavodlar arasında müqavilə bağlanıb. İndiyədək 1867 hektarda şum aparılıb, 1437 hektarda çiyid səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir.Diskussiya şəraitində keçən müşavirədə pambıq emalı müəssisələrinin rəhbərləri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışıb, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarından bəhs ediblər. Diqqətə çatdırılıb ki, rayonda pambıqçılığın inkişaf etdirilməsi üçün MTZ 80 və T 28 traktorlarına, kombaynlara, rotasion malaya və məhsuldar toxuma ehtiyac var. Müşavirə iştirakçıları rayonda pambıq və digər texniki bitkilərin istehsalının artırılmasını dəstəklədiklərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Kənd təsərrüfatının inkişafında yeni mərhələ: Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22.02.2019
Xocalı soyqrımını törədənlər beynəlxalq məhkəmə qarşisinda cavab verməlidirlər
22.02.2019
“Təbiət Mənim Evim” layihəsi baş tutub
22.02.2019
Mingəçevirin innovativ layihələri müəyyənləşib
22.02.2019
“İşıq İnşaat” MTK-nın sakinləri onların rahatlığını pozan restoranın bağlanmasını tələb edirlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info