Ermənistan gizlədilən hərbçi meyitlərini üzə çıxarır-hər gün bir əsgər
Tarix: 21.04.2016 | Saat: 20:23:00 | E-mail | Çapa göndər


Ermənistan ordusuna baha başa gələn sonuncu-aprelin 2-dən başlayan təxribatlardan sonra cəbhə xəttində vəziyyət gərgin olaraq. Xatırladaq ki, döyüş əməliyyatları zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində düşmənin qərargah məntəqəsi darmadağın edildi, onlarla hərbi texnikası və yüzdən çox canlı qüvvəsi məhv edildi. Lakin erməni tərəfi döyüş əməliyyatlarında xeyli sayda hərbçi itirməsi faktoru ilə barışmır. Bir-birinin ardınca ziddiyyətli məlumatlar yaydı. Ən son məlumatlarda cəbhə xəttində onların 92 itki verdiyi bildirilib. Lakin atəşkəs əldə edildikdən sonra qarşı tərəf, demək olar ki, hər gün bir neçə hərbçisinin itkisi barədə xəbərləri üzə çıxarır. Əsgərlərin əksəriyyətinin hansı şəraitdə öldükləri barədə isə məlumat verilmir. Bu gün isə məlum olub ki, cəbhə xəttində daha bir erməni hərbçi ölüb. Ölən 32 yaşlı Marat Danielyan adlı şəxsdir.  O, təmas xəttinin şimal istiqamətində öldürülüb. Erməni saytlarının yaydığı məlumata görə, onun ölüm faktı ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, təmas xəttində son erməni hərbçinin ölməsi ilə bağlı fakt iki gün əvvəl qeydə alınıb. Aprelin 19-da da təmas xəttində erməni əsgəri öldürülmüşdü. 1996-cı il təvəllüdlü Qevork Qevorkyanın təmas xəttinin cənub istiqamətində öldürüldüyü bildirilir. Həmçinin ötən gün Azərbaycan tərəfindən qarşı tərəfə verilmiş erməni ordusunun 23 yaşlı kapitanı-Argişti Qaboyanın qohumları onun cəsədini tanıyıblar. Qaboyan itkin düşmüş hesab edilirdi.
İnformasiyaya əsasən, Ermənistanın Şirak vilayət sakini Qaboyan bölük komandiri olub. Kapitan Talış kəndi istiqamətində gedən döyüşlərdə öldürülüb. Erməni ordusunun öldürülmüş hərbi qulluqçusunun meyiti aprelin 20-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) himayəsi altında keçirilən əməliyyat zamanı geri qaytarılıb.
Bütün bunlardan bir daha belə qənaətə gəlmək olar ki, Müdafiə Nazirliyinin aprelin 2-dən sonra Ermənistan ordusunun törətdiyi təxribatlara ordumuzun cavab verməsi nəticəsində yüzdən çox düşmən hərbçisinin məhv edilməsi xəbəri özünü doğruldur. Baxmayaraq ki, qarşı tərəf bu rəqəmlərin şişirdildiyini iddia edirdi, görünən odur ki, erməni ictimaiyyətində ciddi çaşqınlıq, ölkədə ajiotaj yaratmamaq üçün Ermənistan rəhbərliyi əməliyyatlarda ölən hərbçilərinin meyidlərini hələ də saxlayaraq bir-bir üzə çıxarır. Onu da qeyd edək ki, bəzi Ermənistan
Saytlarının yazdığına görə, hələ də övladları orduda xidmət edən xeyli sayda valideynlər var ki, onlardan xəbər tuta bilmirlər. Onların bir qismi bu şəkildə məxfiliyin qorunmasının anormal göründüyünü və etiraz aksiyası keçirəcəklərini də bəyan ediblər. Əsasən sosial şəbəkələrdə yayılan bu xəbərlərdə bəzi valideynlər hətta övladlarının da adlarını və hərbi geyimdə olan şəkillərini paylaşaraq bildirirlər ki, öldürsə, ölüsü, dirirsə, dirisi ilə övladlarını əlaqələndirsinlər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info