Ordudan təxris olunan kəlbəcərli gənclərlə görüş keçirilib
Tarix: 21.04.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsində ordudan təxris olunan gənclərlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsinin rəisi mayor Zöhrab Camalov vətən qarşısında öz borclarını şərəflə yerinə yetirən gəncləri təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov ölkəmizdə dövlət gənclər siyasətinin uğurlu icrasından danışıb. Və bu proqram çərçivəsində gənclərin məşğulluğun təmin edilməsinin dövlətimizin əsas prioritet sahələrindən biri olduğunu diqqətə çatdırıb. Çıxışlarda qeyd olunub ki, son illər silahlı qüvvlərimizin sıralarında müddətdən artıq hərbi qulluqçu kimi çalışanların sayı artıb. İndi həqiqi hərbi xidmətini başa vuran gənclər könüllü olaraq hərbi hissələrə qayıdır və vətənin keşiyində mərdliklə dayanırlar. Respublikamızın müxtəlif bölgələrində məskunlaşan Kəlbəcərli məcburi köçkünlərdə daim dövlətə və vətənə bağlılığı ilə seçilir. Çıxış edən gənclər hər an Ali Baş Komandanın əmri ilə düşmənə layiqli müqavimət göstərməyə hazır olduqlarını söyləyiblər. Çıxışlarda işğal altında torpaqlarımızın tezliklə azad oluancağına və məcburi köçkünlərin tezliklə öz yurd yuvalarına qayıdacaqlarına əminlik ifadə olunub. Sonda həqiqi hərbi hərbi xidmət müddətini başa vuran gənclərə hərbi bilet və qiymətli xatirə hədiyyələri təqdim olunub.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib
20.05.2019
Sosial proqramların uğuru və ildən-ilə genişlənməsi bəzi dairələrdə dərin narahatlıq hissi yaradıb
18.05.2019
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
17.05.2019
Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüblər
17.05.2019
Azərbaycanda səfərdə olan nümayəndə heyətləri ilk DOST mərkəzində olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info